UEFA Millətlər Liqasının C divizionunun 3-cü qrupunda bu il keçiriləcək oyunların təqvimi tam dəqiqləşib:
3 iyun
Slovakiya – Belarus
Qazaxıstan – Azərbaycan
6 iyun
Slovakiya – Qazaxıstan
Belarus – Azərbaycan
10 iyun
Azərbaycan – Slovakiya
Belarus – Qazaxıstan
13 iyun
Qazaxıstan – Slovakiya
Azərbaycan – Belarus
22 sentyabr
Qazaxıstan – Belarus
Slovakiya – Azərbaycan
25 sentyabr
Azərbaycan – Qazaxıstan
Belarus – Slovakiya.
2023-cü ilin iyun ayına təyin olunmuş final mərhələsinə A divizionu qruplarının dörd qalibi çıxacaq.
Reqlamentə görə, A, B, C divizionlarında qrup zəifləri aşağı diviziona enəcək, B, C, D divizionlarında qrup qalibləri yuxarı diviziona yüksələcək, A, B, C divizionlarının ümumilikdə 3 güclü komandası 2024-cü ilin Avropa çempionatına vəsiqə alacaq.
Novator.az bildirir ki, Millətlər Liqası 2018-ci ildən keçirilir. 2018-2019 mövsümünü Portuqaliya, 2020-2021 mövsümünü Fransa udub.
Azərbaycan 2018-ci ildə D divizionunda 4 komandalıq qrupu 2-ci sırada bitirib.
2020-ci ildə C divizionunda yarışan yığma 4 komandalıq qrupu 3-cü yerdə tamamlayıb.
2020-ci il iyulun 10-dan Azərbaycan milli komandasına italyan Canni De Byazi baş məşqçilik edir. Yığma onun dövründə 2 qələbə əldə edib, 14 məğlubiyyət alıb, 6 oyunu heç-heçə bitirib.
2020-ci ildə UEFA Millətlər Liqasının qrup raundunda Lüksemburqla 1:2 və 0:0, Kiprlə 0:0 və 1:0, Monteneqro ilə 0:0 və 0:2 hesabları qeydə alınıb.
2021-ci ildə dünya çempionatının seçmə mərhələsində yığma bu nəticələrə imza atıb: Portuqaliya – 0:3 və 0:1, Serbiya – 1:2 və 1:3, İrlandiya – 0:3 və 1:1, Lüksemburq – 1:3 və 1:2.
2020-ci ildə Sloveniya (0:0), 2021-ci ildə Qətər (2:2, 1:2), Türkiyə (1:2), Moldova (0:1), Belarus (2:1), 2022-ci ildə Malta (0:1) və Latviya (0:1) ilə yoldaşlıq görüşləri keçirilib.