• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şuradan 3+ variantı

  • 29 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-si paytaxtda keçirmək istədiyi mitinq üçün rəsmən müraciət edib. Novator.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinə martın 28-də təqdim olunan müraciətdə mitinqin saat 15-dən 17-dək keçirilməsi niyyəti yer alıb və üç məkan təklif olunub: metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı stadion; metronun “Nəriman Nərimanov” stansiyasının yanındakı park; Ukrayna dairəsi.

Müraciətdə Bakı Şəhər İcra Hakimiyyətinin təklif edəcəyi başqa bir ünvanın müzakirə oluna biləcəyi də vurğulanıb.

Aksiyanın məqsədi Ukraynanın ərazi bütövlüyünə dəstəkdir.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyat aparır.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, toplantı – yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq müvafiq icra hakimiyyəti orqanının zəruri tədbirlər görməsi üçün onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən azı 5 iş günü əvvəl təqdim edilməlidir.

Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.

Tofiq Yaqublunun işi Ali Məhkəmədə

  • 29 Mart 2022
  • comments

Fərrux dağında məşqlər

  • 29 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda