• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmi nekroloq

  • 28 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mərhum prezident Ayaz Mütəllibovla bağlı rəsmi nekroloq yayılıb. Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, baş nazirin birinci müavini Yaqub Eyyubov, baş nazirin müavini Şahin Mustafayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun imzaları ilə verilən nekroloqda deyilir: “Tanınmış ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də vəfat edib.

Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olub. 1956-1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb.

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən Bakı Məişət Elektrik Cihazları Zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalışıb. 1966-cı ildə Bakı Soyuducular Zavodunun direktoru təyin olunub, 1974-1977-ci illərdə həmin vəzifədə qalmaqla “Bakelektroməişətmaş” İstehsalat Birliyinin baş direktoru işləyib.

Ayaz Mütəllibov 1977-ci ildə Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib, 1979-cu ildə Azərbaycanın yerli sənaye naziri təyin olunub, 1982-1989-cu illərdə Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri, 1989-1990-cı illərdə Nazirlər Sovetinin sədri vəzifələrini tutub, 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib, 1990-1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun üzvü olub.

Ayaz Mütəllibov 1990-cı ilin mayında Azərbaycan Ali Sovetində prezident vəzifəsinə seçilib, 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının prezidenti olub, 1992-ci ildə vəzifəsindən istefa verib.

Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif edilib.

İctimai-siyasi xadim və dövlət xadimi Ayaz Niyazi oğlu Mütəllibovun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.

Allah rəhmət eləsin!”

Ayaz Mütəllibov martın 28-i Bakıda, Fəxri xiyabanda dəfn edilib.

Beynəlxalq yardım komissiyasının əsasnaməsi

  • 28 Mart 2022
  • comments

“Novaya qazeta” dayanmalı oldu

  • 28 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Doğum və ölüm statistikası

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda