• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ səfirliyi: “Putin məsuliyyətə cəlb olunacaq”

  • 18 Mart 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

“Rusiya prezidenti Vladimir Putin Ukraynanın Mariupol şəhərinin dinc sakinlərinə, xüsusilə martın 17-də şəhərdən təxliyə olunanlara, həmçinin martın 16-da şəhərdəki teatr binasına sığınmış, ümumi sayı 1200 nəfərdən ibarət qadınlara, uşaqlara qarşı məqsədyönlü hücumuna görə məsuliyyətə cəlb olunacaq”. Novator.az saytı xəbər verir ki, belə bir açıqlama ilə ABŞ-ın Ukraynadakı səfirliyi çıxış edib.

Açıqlama səfirliyin “Tvitter” şəbəkəsindəki səhifəsində yerləşdirilib.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır. Rusiyanın aviasiya zərbələri nəticəsində artıq Mariupol şəhərində yaşayış evlərinin 80 faizi dağıdılıb. Şəhərdə kütləvi qırğın törətmiş rus hərbçilər sığınacaqlarda gizlənən, eyni zamanda Mariupoldan çıxmaq istəyən dinc sakinləri atəşə tutmaqda davam edir.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə prezident seçilib. 2008-ci ildən Rusiyanın baş naziri olan Putin 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident mandatı alıb.

2020-ci ildə yenilənən konstitusiya Vladimir Putinə 2024 və 2030-cu illərin prezident seçkilərinə də qatılmaq imkanı verir.

Putin will be held to account for his apparently deliberate attacks on civilians in Mariupol yesterday – esp on those evacuating and on a theater where 1200 women and children sheltered. #warcrimes #StandwithUkraine

— U.S. Embassy Kyiv (@USEmbassyKyiv) March 17, 2022

Bayden Cinpinə buna görə zəng edir – CNN

  • 18 Mart 2022
  • comments

Yaxın ölkələr üzrə ixrac-idxal

  • 18 Mart 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda