• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyanın itkiləri – “Nyu-York Tayms”

  • 17 Mart 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-ın “Nyu-York Tayms” qəzeti Rusiya ordusunun Ukraynada məruz qaldığı itkiləri açıqlayıb.

Novator.az-ın məlumatına görə, qəzet fevralın 24-dən bəri – üç həftə ərzində Rusiyanın Ukraynada 7 mindən çox hərbçisini itirdiyini yazır.

Qəzet bu rəqəmin 20 il ərzində ABŞ ordusunun İraq və Əfqanıstanda verdiyi itkilərin ümumi sayından çox olduğunu xatırladır.

Ukraynaya 150 minlik qoşun yeritmiş Rusiyanın 14 mindən çox hərbçisinin yaralandığı da vurğulanır. Qəzet qeyd edir ki, ola bilsin, yaralanmış rus hərbçilərin sayı 21 min nəfərdir.

Ukrayna tərəfi Rusiyanın itkilərini daha çox göstərir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 16-da yaydığı məlumatda 13,8 min nəfər rus hərbçisinin həlak olduğu deyilir.

Baş Qərargahın açıqlamasında Rusiyanın 430 ədəd tankının, 108 ədəd helikopterinın, 84 ədəd təyyarəsinin və 43 ədəd hava hücumundan müdafiə sisteminin məhv edildiyi də bildirilir.

“Nyu-York Tayms” ABŞ rəsmilərinə istinadla yazır ki, müharibənin ilk üç həftəsində məruz qaldığı itkilər Rusiya ordusunun döyüş qabiliyyətinə çox mənfi təsir göstərib, rusların hərbi tapşırıqları yerinə yetirmək imkanlarını məhdudlaşdırıb.

“Nyu-York Tayms”ın yazdığına görə, Ukraynadakı döyüşlərdə Rusiyanın ən azı 3 generalı həlak olub.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb.

Mənbə: Nytimes.com

Sanksiyalar əbədi deyil, amma…

  • 17 Mart 2022
  • comments

Rusiyadan ən real təhlükə (Blinkenin dedikləri)

  • 17 Mart 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Media
  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda