• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu apellyasiya şikayəti verib

  • 16 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Səbail Rayon Məhkəməsinin 10 mart 2022-ci il qərarından narazı qalan siyasətçi Tofiq Yaqublu Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Martın 16-da Novator.az-a danışan siyasətçi deyib ki, işgəncəyə məruz qalmağı üzrə cinayət işi başlanmasının təmin olunmasında israrlıdır.

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu ictimai-siyasi fəalların 2021-ci il dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyada tutularaq döyülüb. Siyasətçinin bildirdiyinə görə, döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.

Dekabrın 3-dən siyasətçinin şikayətini araşdıran Səbail Rayon Prokurorluğu cinayət işi qaldırmayıb. Baş Prokurorluğun 12 yanvar 2022-ci il məlumatında bildirilib ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdikləri təsdiqini tapmayıb, cinayət hadisəsi olmaması əsas gətirilərək toplanmış material üzrə cinayət işinin başlanması 2021-ci il dekabrın 30-da rədd edilib.

Səbail Rayon Prokurorluğunun qərarında göstərilib ki, Tofiq Yaqublu xəsarətləri polis bölməsində özünü divara, yerə vuraraq və əlləri ilə sifətinə zərbələr endirərək alıb, tutulduğu gün bölmədən sərbəst buraxılıb.

Siyasətçi Səbail Rayon Prokurorluğunun qərarının ləğvi, işgəncəyə məruz qalmağı üzrə cinayət işi başlanmasının təmin olunması istəyi ilə Səbail Rayon Məhkəməsinə üz tutub. Martın 10-da Səbail Rayon Məhkəməsi şikayətin təmin olunmaması qərarı verib.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.

Saleh Rüstəmov aksiyası

Tofiq etirazları

Milli Şura bəyanat yayıb

Tofiq Yaqublu: müayinənin nəticəsi açıqlanıb

5 aksiyaçı həbsə getdi

Tofiq ziyarəti

Prokurorluq Tofiq Yaqublunun döyülməsini araşdırır

Tofiq Yaqublu polis bölməsindən necə aparılıb?

Nigar Həzi prokurorluqda ifadə verdi

“Tofiq Yaqublunu rahatca öldürə bilərlər”

Tofiq Yaqublu qərarında nələr var?

Tofiq Yaqublunun şikayəti məhkəmə mərhələsində

Hazırlıq iclası təyin olunub

Məhkəmə çəkişməsi təyin olundu

Tofiq Yaqublu: şikayət başqa məhkəməyə gedir

Rusiyanın saman çöpü

  • 16 Mart 2022
  • comments

Pensiyaçıların sayı, orta pensiya

  • 16 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda