• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Senat Putini hərbi cani saydı

  • 16 Mart 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ Konqresinin yuxarı palatası – Senat martın 15-də Rusiya prezidenti Vladimir Putini hərbi cani sayan qətnaməyə səs verib. Novator.az-ın məlumatına görə, yekdilliklə qəbul edilən qətnamədə Rusiya hərbçilərinin Vladimir Putinin rəhbərliyi ilə Ukraynada zorakılıq, hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər törətdiyi vurğulanır. Qanun sayılmayan sənəddə Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayətlər Məhkəməsinə və ölkələrə Rusiya rejiminin Ukraynaya hərbi müdaxilə zamanı yol verdiyi hərbi cinayətləri araşdırmaq çağırışı yer alır.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə prezident seçilib.

2008-ci ildən Rusiyanın baş naziri olan Vladimir Putin 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident mandatı alıb.

2020-ci ildə yenilənən konstitusiya Vladimir Putinə 2024 və 2030-cu illərin prezident seçkilərinə də qatılmaq imkanı verir.

Finiş yolu

  • 16 Mart 2022
  • comments

Demokratiya fürsəti

  • 16 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda