• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş nazirin hesabatı

  • 15 Mart 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Milli Məclisin 15 mart iclasında Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatı verilib. AZƏRTAC-ın məlumatına görə, hesabatı təqdim edən baş nazir Əli Əsədov deyib ki, 2021-ci ildə ölkədə ümumi daxili məhsul 5,6 faiz, sənaye istehsalı 5,2 faiz artıb, artım tempi qeyri-neft sektoru üzrə 7,2 faiz, qeyri-neft sənayesi üzrə 18,9 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz təşkil edib: “2021-ci ildə xarici ticarət dövriyyəsi təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5 faiz artıb. İxracın real artımı 17 faiz olub, idxal isə 10 faiz azalıb. Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz artıb.

Ötən il ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 milyard manatdan çox olub, strateji valyuta ehtiyatları 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53 milyard ABŞ dollarını ötüb.

2021-ci ildə ölkədə əvvəlki illə müqayisədə orta illik inflyasiya 6,7 faiz, 12 aylıq inflyasiya isə 12 faiz təşkil edib. Ümumi inflyasiyanın 60 faizi ərzaq inflyasiyasının payına düşüb.

Minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli üzrə müəyyən olunanların əməkhaqqında orta hesabla 20 faiz artım baş verib”.

Baş nazir hökumətin 2022-ci ildəki əsas prioritet vəzifələrini belə sıralayıb: dayanıqlı inkişaf; iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabət qabiliyyətinin artırılması; makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin qorunması; fiskal dayanıqlığın təmin edilməsi, xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi; biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliklərinin sürətləndirilməsi; antiinhisar siyasətinin, həmçinin daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi; qlobal ərzaq bazarlarında bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmini; əhalinin sosial müdafiəsinin gücləndirilməsi; dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi; rəqəmsal iqtisadiyyatın və innovasiyaların davamlı inkişafı; rəqabətli insan kapitalı və vətəndaşların sağlam həyat tərzinin təmin olunması.

Nazirlər Kabineti prezidentin yuxarı icra orqanıdır, onun tərkibinə baş nazir, müavinləri, nazir və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Kabinet hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verməlidir.

Putin nədə yanılıb? – “The Economist”

  • 15 Mart 2022
  • comments

Orta maaş statistikası

  • 16 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Turizm hesabatı

GLOBALS:0
comments
Xəbər

Hansı xəstəliklər çox öldürür?

GLOBALS:0
comments
Xəbər

Əhali neçə yaşdadır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Turizm hesabatı

Son materiallar

comments
Xəbər

Turizm hesabatı

GLOBALS:0
comments
Xəbər

Hansı xəstəliklər çox öldürür?

GLOBALS:0
comments
Xəbər

Əhali neçə yaşdadır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda