2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 1 milyard 339,7 milyon manat məbləğində, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektoruna investisiyalar 11,2 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsait 12,1 faiz artıb.
Başqa bir rəsmi bilgiyə əsasən, müəssisələr və fərdi sahibkarlar yanvar-fevral aylarında 13,1 milyard manatlıq, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edib, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda 20,8 faiz artıb.