Novator.az UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasının 2022-2023 mövsümünün ilkin sxeminə nəzər salıb.
Qrup mərhələsinə İngiltərə, İspaniya, İtaliya, Almaniya çempionatlarını ilk dörd sırada, Fransa, Portuqaliya çempionatlarını ilk iki sırada bitirən komandalar, Niderland, Belçika, Avstriya, Şotlandiya çempionları buraxılacaq.
Ukrayna, Türkiyə çempionları dördüncü mərhələdə start götürəcək.
Fransa, Portuqaliya çempionatlarının bürünc, Niderland, Belçika, Avstriya, Şotlandiya çempionatlarının gümüş mükafatçıları, Danimarka, Kipr çempionları üçüncü mərhələdə yer alacaq.
İkinci mərhələdə Ukrayna, Türkiyə, Danimarka, Kipr çempionatlarının gümüş mükafatçıları, Serbiya, Çexiya, Xorvatiya, İsveçrə çempionları qərar tutacaq.
Yunanıstan, İsrail, Norveç, İsveç, Bolqarıstan, Rumıniya, Azərbaycan, Qazaxıstan, Macarıstan, Belarus, Polşa, Sloveniya, Slovakiya, Litva, Lüksemburq, Bosniya, İrlandiya, Şimali Makedoniya, Ermənistan, Latviya, Albaniya, Şimali İrlandiya, Gürcüstan, Finlandiya, Moldova, Malta, Farer adaları, Kosovo, Cəbəllütariq, Monteneqro, Uels çempionları turnirə birinci mərhələdə, İslandiya, Estoniya, Andorra, San Marino çempionları ilkin mərhələdə qoşulacaq.
İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.
Azərbaycan iki təsnifat mərhələsi və qrup raundundan ibarət Avropa Liqasında təmsil olunmur. Ölkə çempionatının gümüş, bürünc mükafatçıları, həmçinin kubok sahibi dörd təsnifat mərhələsi və qrup raundundan ibarət Konfrans Liqasında oynayacaq, ikinci mərhələdə siftə edəcək.
Rusiyanın klubları yarışlara buraxılmır.