• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aclıq müharibəyə görə dayandı

  • 10 Mart 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili aclıq aksiyasını dayandırıb. Novator.az-ın məlumatına görə, o, martın 10-da yaydığı açıqlamada qərarını Ukraynadakı müharibə ilə əsaslandırıb: “Dünya dəyişir. Belə bir vaxtda tezliklə lazım gələsi güc toplamaq gərəkdir”.

Fevralın 21-dən Rustavi şəhərindəki həbsxanada aclıq aksiyası keçirən məhbus siyasətçi gərəkli tibbi yardım göstərilməsi tələbi qoymuşdu.

1967-ci il təvəllüdlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib.

2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi Saakaşviliyə qiyabi hökm çıxarıb. Sabiq prezident bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 3 il azadlıqdan məhrumetmə cəzası alıb.

Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar.

2018-ci il iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi daha bir qiyabi hökmlə Saakaşvilini 6 il müddətinə azadlıqdan məhrum edib. Saakaşvili 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.

2005-ci ildə Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu Saakaşvilinin sifarişi saydığını bəyan edib. 2013-cü ildə Saakaşvili prezident postundan gedəndən sonra bu hadisə üzrə istintaq yenilənib.

Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini başqa işlər üzrə də mühakimə edir. Bir proses vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə aparılır. Saakaşvili 2007-ci il noyabrın 7-də xüsusi təyinatlı qüvvələrin müxalifətin mitinqində zorakılıq, “İmedi” telekanalının ofisində dağıntılar törətməsi, biznesmen və siyasətçi Badri Patarkatsişvilinin (2008-ci ildə vəfat edib) əmlakının ələ keçirilməsində təqsirli bilinir.

Başqa bir işdə Saakaşvili 2009-2012-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin 3 milyon dollara yaxın vəsaitinin israf olunmasında təqsirli sayılır.

Üçüncü cinayət işi 2021-ci ildə qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il dekabrın 4-də Gürcüstan vətəndaşlığından məhrum edilib.

Saakaşvili hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusudur.

2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.

Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.

Tutulduğu gündən aclıq aksiyası keçirən sabiq prezident noyabrın 8-də Xüsusi Penitensiar Xidmətin paytaxt Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb, dekabrın 30-da Rustavi həbsxanasına qaytarılıb.

Saakaşvili Ukrayna paytaxtında ali təhsil alıb – Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru olub, 2020-ci ildən Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinə başçılıq edib.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.

Yeni baxış, köhnə qərar

  • 10 Mart 2022
  • comments

Koronavirus statistikası

  • 11 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda