ABŞ-ın ticarət naziri Cina Raymondo Çinin çip istehsalı ilə məşğul olan şirkətlərinə xəbərdarlıq edib.
Novator.az saytı bildirir ki, bunu “Nyu-York Tayms” qəzeti yazıb.
Məlumata görə, nazir deyib ki, Çinin çip istehsal edən şirkətləri, o cümlədən nəhəng SMİC şirkəti Amerikadan bu istehsal üçün zəruri avadanlıqlar və proqram təminatı alır.
Ukraynada apardığı müharibəyə görə isə ABŞ və Avropa dövlətləri, eləcə də Avstraliya, Yaponiya, Cənubi Koreya kimi bir sıra demokratik ölkələr Rusiyaya və ona dəstək verən Belarusa çoxsaylı sanksiyalar qoyub, həmçinin çip ixracını qadağan edib.
“Nyu-York Tayms” yazır ki, Ukrayna müharibəsinə qədər Rusiya çiplərin əksərini Çindən alıb. Artıq sanksiyalar Çindən Rusiya və Belarusa çip ixracını dayandırıb. Lakin Çinin sanksiyaları pozaraq ixracı davam etdirə biləcəyi ehtimalı ortaya çıxıb. Ona görə ABŞ-ın ticarət naziri Cina Raymondo xəbərdarlıq edib ki, prezident Cozef Baydenin administrasiyası Çinin Rusiya və Belarusa çip satmağa cəhd göstərəcək istənilən şirkətini Amerikanın avadanlıqlarından və proqram təminatından məhrum edəcək. Bu isə həmin şirkətlərin faktiki bağlanması ilə nəticələnək.
Nazir Cina Raymondo vurğulayıb ki, bu baxımdan sanksiyalara riayət etmək Çin şirkətlərinin özünün marağına uyğundur: “Onlar Rusiya və Belarusa çip ixracını elə buna görə dayandırıblar. Müharibədən əziyyət çəkənlərə ürəkləri yandığı üçün yox, öz maraqları naminə bu ölkələrə çip satmaqdan əl çəkiblər”.
Mənbə: Nytimes.com