• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Finlandiya NATO-ya yönəlir?

  • 05 Mart 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

“Finlandiya əhalisinin NATO-ya üzvlük məsələsinə münasibəti dəyişib, ona görə də hökumət bu məsələni müzakirə edir”. ABŞ-a səfər edən Finlandiya prezidenti Sauli Niinistö mediaya açıqlamasında belə deyib.

Novator.az bildirir ki, Avropanın şimalında yerləşən Finlandiya və İsveç hələ soyuq müharibə dövründən, on illər boyu neytral mövqe tutub, istər Qərblə, istərsə də Sovet İttifaqı ilə diplomatik münasibətləri və ticarət əlaqələrini qoruyub saxlaya bilib. Həmin dövrlərdə aparılan ictimai rəy sorğuları bu iki Skandinaviya ölkəsində vətəndaşların böyük əksəriyyətinin neytrallıq kursunu ən düzgün yol kimi qiymətləndirdiyini göstərib.

Soyuq müharibə başa çatandan az sonra – 1995-ci ildə Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib. Amma heç biri sıx əlaqələr saxladığı NATO-ya üzv olmağa təşəbbüs göstərməyib.

Rusiya 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya hərbi müdaxilə edəndən sonra Finlandiya və İsveçdə istər ictimai, istərsə də rəsmi səviyyədə neytrallıq kursuna münasibət dəyişməyə başlayıb.

2021-ci ildə Rusiya Ukrayna sərhədinə qoşun yığıb bu ölkəni növbəti işğalla hədələyəndən bəri Finlandiya və İsveçin təhlükəsizliyinə zəmanətin möhkəmləndirilməsi üçün NATO-ya qəbul edilməsi təklifi daha ciddi xarakter alıb.

2022-ci ilin gəlişi münasibətilə çıxış edərkən Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya üzv olmaq məsələsini nəzərdən keçirəcəyini bəyan edib.

2022-ci il fevralın 24-dən Rusiya Ukraynada yeni işğalçı müharibə aparır. Belə bir dövrdə Vaşinqtona səfər edən və ABŞ prezidenti Cozef Baydenlə görüşən Sauli Niinistönün gündəliyində duran əsas məsələ birbaşa təhlükəsizliklə bağlıdır.

ABŞ-ın “Fox News” kanalına açıqlamasında Sauli Niinistö bildirib ki, zaman yerində saymır və dövrün çağırışlarına uyğun olaraq onun ölkəsində, həmçinin İsveçdə NATO-ya üzlük məsələsinə cəmiyyətin və hökumətin baxışı dəyişir: “Bizim hökumət Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı parlamentdə müzakirə açmağa hazırdır. Alyansa üzvlüyün bütün müsbət və mənfi cəhətlərini, yəni riskləri və üstünlükləri tez bir zamanda müəyyən etməyə çalışacağıq”.

Rusiya Finlandiya və İsveçin NATO-ya qoşulması ideyasına etirazını bir neçə dəfə açıq şəkildə bəyan edib.

30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir.

Novator.az bildirir ki, NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya.

Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulublar.

Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub.

İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib.

Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib.

Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunurlar.

Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb.

Monteneqro 2017-ci ildən ittifaqdadır.

Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.

Hazırda Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna NATO üzvlüyünə namizəd sayılırlar.

Mənbə: Foxnews.com

Ukrayna müharibəsi Çini imtahana çəkir – “Ny...

  • 05 Mart 2022
  • comments
Erzaq

Qida təhlükəsizliyi layihəsində

  • 05 Mart 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda