• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropaya doğru…

  • 04 Mart 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

2018-ci ildən Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində iş gedir. Müsavat Partiyasının başqanı Arif Hacılı hakimiyyəti həmin sazişi tezliklə imzalamağa və ölkənin Avropa İttifaqına üzvlüyü üçün müraciət etməyə çağırıb. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, partiya bir neçə ildir GUAM-ın fəaliyyətinin canlandırılması, bu birliyin Türkiyənin də iştirakı ilə daha da gücləndirilməsinin zəruriliyi barədə təkliflər verir: “Müsavat Partiyası olaraq Gürcüstan, Ukrayna və Moldovada olan siyasi qurumlarla yeni münasibətlər qurur, əlaqələri genişləndirməyə çalışırıq. Hökumət isə sükunət içindədir. Halbuki GUAM-ın təhlükəsizlik sistemimizdə roluna 2007-ci ildə qəbul olunmuş milli təhlükəsizlik konsepsiyasında xüsusi yer verilir. Həmin sənədə görə, GUAM demokratiya, inkişaf və təhlükəsizlik sahələrində ümumi maraqlar əsasında tərəfdaş dövlətləri bir araya gətirir, Azərbaycan GUAM-ın üzvü olan dövlətlər üçün əhəmiyyət kəsb edən məsələlərdə, əsasən ərazilərində mövcud münaqişələrin həlli və təcavüzkar separatizmlə mübarizə istiqamətində onların səylərinin birləşdirilməsi və vahid mövqedən çıxış edilməsinə xüsusi önəm verir.

Biz hakimiyyətdən rəsmi dövlət sənədlərində əks olunanlara əməl etməsini tələb edirik. GUAM-a daxil olan Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqına üzv olmaq barədə müraciət edib. Azərbaycan bu prosesdən kənardadır. Qarabağ problemi susqunluq və tərəddüd üçün əsas ola bilməz. Çünki Ukrayna, Gürcüstan və Moldova da uzun illərdir Rusiyanın yaratdığı ərazi bütövlüyü probleminin cəngindədir”.

1997-ci il oktyabrın 10-da Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova beynəlxalq regional təşkilat – GUAM təsis ediblər. 2006-cı il mayın 23-dən qurum Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM kimi fəaliyyət göstərir.

Avropa İttifaqının 27 üzvü var.

Qurumu Belçika, Fransa, İtaliya, Qərbi Almaniya, Lüksemburq və Niderland 1957-ci ildə Avropa İqtisadi Birliyi kimi yaradıb.

1973-cü ildə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya Avropa İqtisadi Birliyinə qoşulub.

1990-cı ildə Şərqi Almaniya və Qərbi Almaniya vahid Almaniya dövlətində birləşib.

1992-ci ildə Avropa İqtisadi Birliyinin əsasında Avropa İttifaqı təsis olunub.

1995-ci ildə Avstriya, Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib.

2004-cü ildə Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya və Sloveniya Avropa İttifaqına qoşulub.

Bolqarıstan və Rumıniya 2007-ci ildən, Xorvatiya 2013-cü ildən Avropa İttifaqının üzvüdür.

Böyük Britaniya 2020-ci ildə Avropa İttifaqını tərk edib.

Albaniya, Monteneqro, Serbiya, Şimali Makedoniya və Türkiyə Avropa İttifaqı üzvlüyünə namizəd statusundadır.

Quruma üzvlük üçün Bosniya və Herseqovina ilə Kosovo da danışıqlar aparır.

Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova Şərq tərəfdaşlığı proqramında təmsil olunur. Gürcüstan, Ukrayna və Moldova Avropa İttifaqı ilə assosiasiya sazişi də imzalayıb.

Qadınlar statistikada

  • 04 Mart 2022
  • comments

Məhkəməyədək həbsin müddətləri

  • 04 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda