• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyaya sanksiyalar Azərbaycana necə təsir edir?

  • 01 Mart 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Ukraynaya hərbi təcavüz fonunda Rusiyanın geniş iqtisadi sanksiyalara məruz qalması Azərbaycana necə təsir edə bilər? Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli bu mövzulu şərhində qeyd edir ki, Rusiya rublu və ölkənin səhm bazarı enişdədir, çox böyük dalğalar olacaq: “Yalnız atəşkəsə gedilsə, gərginlik müəyyən dərəcədə azalsa rubl və səhm bazarı sabitləşə bilər”.

Ekspert yazır ki, rublun düşməsi Azərbaycan manatına təsir etmir: “Manat “kağız neftdir”, neft də baha”.

İqtisadçının fikrincə, sanksiyaların Rusiyanın Azərbaycanla ticarət dövriyyəsinə təsirləri mümkündür: “Əsas problem pul köçürmələri ilə bağlı ola bilər. Ticarət dövriyyəsi az deyil, 3,3 milyard dollar həndəvərindədir. Amma ən böyük ziyan buğdanın qiyməti ilə bağlı ola bilər. Ukraynada vəziyyətə görə yaz əkini azalacaq, deməli, Ukrayna buğda ixrac edə bilməyəcək, dünyada qiymət artacaq, Rusiya da qiyməti qaldıracaq.

Rusiyanın iqtisadi zəifləməsi, rublun çökməsi orada yaşayan yüz minlərlə azərbaycanlının qazancını azaldacaq, onların Azərbaycana, öz ailələrinə göndərdikləri pullar da kəskin azala bilər.

Rusiyada vəziyyət gərginləşsə, oradan soydaşlarımızın vətənə köçü mümkündür. Azərbaycanda işsizlik, rəqabətsizlik var, ölkə yeni iş yerləri və iqtisadi fürsətlər üçün sistem olaraq hazır deyil”.

Başqa bir iqtisadçı Rövşən Ağayev qeyd edir ki, Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycana mümkün iqtisadi təsirlərini qiymətləndirmək açıq mənbələrdə məlumatın yoxluğu üzündən çətindir: “Məsələn, Azərbaycanda hansı bankların Rusiya bankları ilə müxbir əlaqələri var və onların həmin bankların müxbir hesablarında saxladığı aktivlərin həcmi nə qədərdir? Onların hansı hissəsi sanksiya altına düşmüş banklardadır? Bu vəziyyət yerli banklar üçün hansısa risk və çətinliklər yaradırmı?

Hansı beynəlxalq pulköçürmə sistemlərində regional mərkəz kimi Rusiyadan istifadə edirik və bu vəziyyət pul köçürmələrində hansısa kəsintilərə səbəb ola bilərmi?

Rusiyanın üzləşdiyi iqtisadi durum məhsul ixracatçılarının ödənişlərini vaxtında almaqda hansısa problemlər yarada bilərmi?”

Ekspert əlavə edir ki, manatın son bir həftədə rubl qarşısında 30% dəyər qazanması Azərbaycanın qeyri-neft ixracatının ən azı üçdə birinin, aqrar və qida sənayesi məhsullarının isə üçdə ikisinin getdiyi bir bazarda ciddi itki verilməsi deməkdir: “Rusiyanın VTB Bankında Dövlət Neft Fondunun 500 milyon dollarlıq yatırımına da bu gün üçün itki kimi baxmalıyıq.

Rusiyadan gələn pulun həm həcminin azalma riskləri, həm də köçürmələrə məhdudiyyətlər artıq indidən görünür”.

İqtisadçı alim Qubad İbadoğlu Rusiya ilə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalarda problemlərin yaranmasını, Rusiyadan azərbaycanlıların göndərdikləri vəsaitin məbləğinin manat və ya dollar ifadəsində kəskin azalmasını proqnozlaşdırır.

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

  • 01 Mart 2022
  • comments

Nüvə silahı: hansı ölkənin nəyi var?

  • 01 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda