• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putinin qara günləri…

  • 28 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Jurnalist, siyasi şərhçi Qulu Məhərrəmli Rusiya-Ukrayna müharibəsindən yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, təcavüzkar Rusiyanın və hərbi-siyasi tələyə düşmüş avantürist Vladimir Putinin Ukraynada nəyə isə nail olacağı mümkünsüz görünür: “Əvvəla, Ukrayna ordusu əla vuruşur, xalq misilsiz bir dirəniş göstərir, ölkədə yüksək döyüş ruhu var.

İkincisi, Ukraynanın müdafiə əməliyyatlarında fərqli hərbi düşüncə müşahidə olunur. Deməli, NATO təlimçilərinin zəhməti hədər getməyib.

Üçüncüsü, Qərb dövlətləri Rusiyaya qarşı sıx birləşiblər və sinxron addımlar atırlar. Rusiya iqtisadiyyatını çökdürəcək effektli sanksiyalarla yanaşı indi Ukraynaya silah-sursat yardımı da var.

Nəhayət, bütün dünyada Rusiya təcavüzü əleyhinə etirazların genişlənməsi Moskva üçün ciddi psixoloji və informasiya gərginliyi yaradır. Belə etirazların Rusiyanın özündə çoxalması və ölkə elitasının da müharibəyə etirazı Putinin qara günlərinin başlanmasından xəbər verir”.

2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gün səhərdən Ukrayna torpağında qanlı döyüşlər gedir.

1952-ci il təvəllüdlü Vladimir Putin təhlükəsizlik orqanları zabitidir. 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında məsul postlar tutub. 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun növbəti iki prezident seçkisinə də qatılmaq, 2036-cı ilə qədər postda qalmaq hüququ var.

Rusiyaya bank sanksiyasının nə fəsadları olacaq?

  • 28 Fevral 2022
  • comments

Təcavüzü durduracaq güc

  • 28 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Azərbaycan yeni geosiyasi reallıq yaradır – “Yerusəlim Post”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda