• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

18 ölkə, 48 komanda

  • 25 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

2021-2022 mövsümündə Avropanın klub turnirlərinə 55 UEFA üzvünün 237 komandası buraxılıb. Novator.az bildirir ki, mübarizəni 18 UEFA üzvünün 48 komandası davam etdirir: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 16 komanda qalır. İndiyədək yalnız Fransa (6 komanda) və Niderland (5 komanda) itki verməyib.

Çempionlar Liqasında qalan komandaların 9-u titul sahibidir. 1955-ci ildə yaradılan, 1992-ci ilə qədər Çempionlar kuboku adı daşımış turniri “Real” 13, “Bavariya” və “Liverpul” 6, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Yuventus” və “Çelsi” 2 dəfə zirvədə tamamlayıb.

Avropa Liqasındakı komandaların 5-nin titulu var. 1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış turnirdə “Sevilya” 6, “Portu” 2, “Ayntraxt” (Frankfurt), “Bayer”, “Qalatasaray” 1 uğur qazanıb.

Təmsilçisiz qalan Azərbaycan UEFA-nın klub reytinqində 26-cı pillədə göstərilir. Rusiya 10-cu, Ukrayna 12-ci, Türkiyə 19-cu, Qazaxıstan 29-cu, Belarus 32-ci, Moldova 33-cü, Litva 34-cü, Latviya 38-ci, Ermənistan 41-ci, Estoniya 45-ci, Gürcüstan 47-ci pillədə qərar tutub.

UEFA-nın klub reytinqi turnirlərdə son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində, 1/8 final, 1/4 final, yarımfinal və finalda qələbə 2 xal, heç-heçə 1 xaldır.

Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.

Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.

Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

2021-2022 mövsümünü Azərbaycan 4,375 əmsalla başa vurub. Ümumi əmsal 17,000-dir.

Bayden yeni sanksiyaları açıqladı: “Putin SSRİ-ni ...

  • 24 Fevral 2022
  • comments

Ermənistanda seçki günü

  • 25 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda