• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yubiley günü

  • 24 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müsavat Partiyasının başqanı Arif Hacılı siyasi xadim İsa Qəmbərin 65 illik yubileyindən yazıb. Novator.az-ın məlumatına görə, Arif Hacılı qeyd edir ki, 65 yaşın azı 35 ili Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, azadlığı uğrunda mübarizəyə həsr olunub: “İsa Qəmbər erməni separatizminin baş qaldırdığı ilk dövrlərdə bir ziyalı və alim kimi, Azərbaycan Xalq Cəbhəsinin yaranması, Müsavat Partiyasının bərpası zamanı bir təşkilatçı, bacarıqlı siyasət adamı kimi, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə həlledici mövqelərdən birini tutan dövlət xadimi kimi, 2000-ci illərin parlament və prezident seçkilərində seçicilərin əksəriyyətinin səsini qazanan bir siyasi lider kimi və nəhayət, bütün bu dövrlərdə prinsipial, ardıcıl siyasi xadim, istiqlal və azadlıq mücahidi kimi Azərbaycan xalqının maraqlarına xidmət edib.

İsa bəyin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. İnanıram ki, daha böyük xidmətləri və uğurları hələ irəlidədir.

Ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq həmişə İsa Qəmbərlə eyni siyasi əqidədə, eyni siyasi təşkilatda, eyni hökumətdə və əsasən eyni siyasi platformada olmaq, onunla birgə yürümək şansıma görə çox məmnunam”.

İsa Qəmbər 1957-ci il fevralın 24-də doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzində və Şərqşünaslıq İnstitutunda elmi fəaliyyət göstərib.

Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

İsa Qəmbər əsası 1911-ci ildə qoyulmuş, 1920-ci ildən mühacirətdə fəaliyyət göstərmiş Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.

2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.

Siyasətçilərin, müxtəlif sahələr üzrə ekspertlərin, ictimai xadimlərin təmsil olunduğu Milli Strateji Düşüncə Mərkəzinin qurucusu və sədridir.

1962-ci il təvəllüdlü Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, Zaqatala radiosunun əməkdaşı olub.

1988-ci ildə milli azadlıq hərəkatına qoşulan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.

1990-cı ildə parlamentin deputatı seçilib, Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən partiya başqanının müavini olub. 2014 və 2019-cu illərdə başqan seçilib.

Əmr verdi, müharibə başladı

  • 24 Fevral 2022
  • comments

Rusiya ilə müttəfiqlik iqtisadiyyata nə vəd edir?

  • 24 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda