• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukrayna Türkiyədən kömək istəyir

  • 24 Fevral 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Rusiyanın hərbi təcavüzü ilə üzləşmiş Ukrayna Türkiyəyə müraciət edib.

Novator.az-ın məlumatına görə, Ukraynanın Türkiyədə səfiri Vasili Bodnar “Tvitter” şəbəkəsində yazıb: “Mən Türkiyə rəhbərliyinə səslənirəm – Ukraynaya yardım edin. Çanaqqala boğazının bağlanmasını istəyirik. Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasını, rusiyalıların Türkiyədəki səhmlərinə həbs qoyulmasını tələb edirik”.

Çanaqqala boğazı Egey dənizi və Mərmərə dənizi arasında yerləşir, Asiyanı Avropadan ayıran boğazlardan biridir, Qara dənizi dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir.

Səfir Vasili Bodnar “Çanaqqala boğazının bağlanmasını istəyirik” dedikdə boğazın Rusiya hərbi gəmilərinin üzünə bağlanmasını nəzərdə tutur.

2014-cü ildə Ukraynada hakimiyyətə Qərbə bağlı qüvvələr gələndən sonra Rusiya bu ölkənin Krım Muxtar Respublikasını və Sevastopol şəhərini zəbt edərək özünə birləşdirib. Həmin il Rusiya Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində xüsusi hərbi əməliyyatlara əmr verib. Dövlət başçısı xalqa müraciətində əməliyyatların məqsədinin Ukraynanın silahsızlaşdırılması olduğunu bəyan edib.

Səhər tezdən Donbas bölgəsində döyüşlər gedir. Ukraynanın başqa ərazilərinə də, o cümlədən paytaxt Kiyevə hərbi zərbələr endirildiyi bildirilir.

Ukrayna parlamenti – Ali Rada ölkədə hərbi vəziyyət tətbiq olunmasına qərar verib.

Büyükelçi @VasylBodnar: “Türk yönetimine sesleniyorum #Ukrayna’ya yardım ediniz. Çanakkale Boğazı’nın kapatılması için talepte bulunuyoruz. Rus tarafına yaptırım uygulanmasını istiyoruz. Buradaki Rusların hisselerine el konulmasını talep ediyoruz.”

— Ukraine in Turkey (@UKRinTR) February 24, 2022

Məhbus jurnalistin cəzası azaldı

  • 24 Fevral 2022
  • comments

Borrel: “Avropa ən ağır saatlarını yaşayır”

  • 24 Fevral 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda