• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Vaşinqton Post”: “Müharibə qaçılmazdır”

  • 22 Fevral 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

ABŞ-ın “Vaşinqton Post” qəzetinin redaksiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı separatçı rejimləri müstəqil dövlətlər kimi tanıması, ardınca həmin bölgələrə “sülhməramlı” qüvvə göndərməyə qərar verməsi müharibədən sonrakı dünyanın, həmçinin soyuq müharibədən sonrakı dünyanın başa çatması deməkdir və indən belə müharibə qaçılmazdır.

Novator.az-ın məlumatına görə, qəzetin fevralın 22-si redaksiya heyəti adından çap etdiyi məqalədə bildirilir: “Müharibədən sonrakı dünya, bax, belə sona çatır. Bəli, həm də soyuq müharibədən sonrakı dünya. Özü də çəkinə-çəkinə, sızıldaya-sızıldaya yox, bağıra-bağıra sona çatır”.

Məqalədə vurğulanır ki, Vladimir Putin fevralın 21-i bütün dünyada birbaşa yayımlanan qeyri-adi monoloqunda tək Ukraynanın müstəqilliyinə, hökumətinə yox, bütövlükdə Avropanın təhlükəsizliyinə hücum çəkib, bunları korrupsiyalaşmış Qərbin (başda ABŞ olmaqla) qondarması kimi qiymətləndirməklə leqitimlikdən salıb: “Putin xüsusilə 1945-ci ildən bəri Avropada sülhə təminat verən institutları dağıtmaq niyyətini açıqlayıb, birbaşa müharibə elan etməsə də, müharibəyə başlamaq üçün ideoloji tezislərini ortaya qoyub”.

“Vaşinqton Post”un redaksiyası hesab edir ki, Rusiyanın Ukraynanın şərqində dəstəklədiyi iki separatçı rejimi müstəqil dövlətlər kimi tanımaqla Vladimir Putin Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılması tələblərindən birmənalı şəkildə imtina edib. Eyni zamanda o, “Kiyevdə hakimiyyəti ələ keçirmiş adamların” hərbi əməliyyatları dayandırmasına nail olmaq məqsədilə separatçı bölgələrə “sülhməramlı” qüvvə göndərməyi qərara alıb, indən belə töküləcək qanlara görə məsuliyyətin Ukraynanı idarə edən rejimin üstünə düşəcəyini bəyan edib ki, bütün bunlar da yalnız bir şeydən xəbər verir: müharibədən.

“Müharibə yaxınlaşır” – məqalədə vurğulanır.

“Putinin 21 fevral çıxışı bir daha göstərdi ki, daha onu dayandırmaq mümkün deyil, müharibə qaçılmazdır” – “Vaşinqton Post”un redaksiya heyəti belə hesab edir.

Ona görə də məqalədə Ukraynaya qarşı təcavüzkar aktlara görə Rusiyaya tətbiq edilməsi nəzərdə tutulan sanksiyaları gecikdirməməyə çağırış edilir. Bildirilir ki, daha gözləməyə əsas yoxdur, bu geosiyasi böhrana qətiyyətli reaksiya verilməli, sanksiyalar işə salınmalıdır.

Mənbə: Washingtonpost.com

Putinin qərarına Azərbaycan şərhləri

  • 22 Fevral 2022
  • comments

Narkotik: 8571 cinayət qeydə alınıb

  • 22 Fevral 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Ordu
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda