• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“İmperiya dövrü çoxdan keçib”

  • 18 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

AXCP sədri Əli Kərimli Ukraynanın işğal olunmuş Donbas bölgəsində atəşkəsin pozulmasını şərh edib.

Cəbhə xəttindəki Ukrayna mövqeləri fevralın 17-də tank və ağır artilleriya atəşlərinə məruz qalıb. Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır ki, Rusiya üç-dörd aydır Ukrayna sərhədinə ordu toplayır, müdaxiləyə hazırlaşır, beynəlxalq təşkilatlara ultimatumlar verir: “Hazırda Ukrayna sərhədi yaxınlığında Rusiyanın 150 min nəfərdən artıq hərbçisi səfərbər olunub. Hətta Uzaq Şərqdə dislokasiya olunan qüvvələr 6-7 min kilometrlik məsafədən Ukrayna sərhədinə gətirilib. Rusiyanın ən müasir döyüş təyyarələri, raket sistemləri, tankları və digər silah sistemləri Ukrayna sərhədində toplanıb. Şimal dənizi və Baltik dənizindəki donanmaların desant gəmiləri Qara dənizə səfərbər olunub.

Rusiyanın müasir tarixində heç vaxt olmamış belə bir kütləvi səfərbərlik sadəcə təlim niyyəti ilə həyata keçirilməyib. Ancaq gözlənən irimiqyaslı işğala beynəlxalq aləmin sərt reaksiyası Rusiyanı planını redaktə eləməyə məcbur etdi. Ola bilər ki, Ukraynaya açıq-aşkar və bütün sərhəd ərazilərdən hücum etməkdənsə Donbasda atəşkəsin pozulması bəhanəsi ilə savaşı tədricən genişləndirmək strategiyası seçilib. Əgər belə qərar varsa, Rusiya Donbasda atəşkəsin pozulmasını hərbi müdaxilə üçün bəhanə kimi istifadə edə bilər.

İrimiqyaslı Rusiya-Ukrayna savaşı hələ də real olaraq qalır. ABŞ, NATO, Avropa Birliyi, Böyük Britaniya savaşı önləmək üçün çoxsaylı təşəbbüslər göstəriblər. Rusiya ictimaiyyəti də bu savaşa qarşıdır. Ancaq məhz indi – savaş hələ başlamamış daha ucadan və daha böyük kütləviliklə savaşa qarşı səsini ucaltmalıdır.

Rusiya-Ukrayna savaşı hər iki xalqa yalnız fəlakət gətirə bilər. Hərbi müdaxilədən imtina nəinki ukraynalıların və digər keçmiş sovet xalqlarının, ilk növbədə rus xalqının özünün də maraqlarına uyğun olar. Rusiya rəhbərliyi Ukrayna xalqının, eləcə də başqa keçmiş sovet respublikalarının hər birinin müstəqilliyinə, ərazi bütövlüyünə, müstəqil seçimlərinə hörmət etməyə alışmalıdır. İmperiya dövrü çoxdan keçib. Keçmiş SSRİ-ni hansısa başqa adda və formada bərpa etmək cəhdləri Rusiyaya yalnız əlavə uğursuzluqlar gətirə bilər. Rusiya rəhbərliyi qonşularını rahat buraxıb öz dövlətinin və xalqının inkişafı haqda düşünməlidir”.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbas bölgəsində iki separatçı rejimin – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.

2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.

Rusiya parlamentin aşağı palatası olan Dövlət Duması fevralın 15-də “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqil dövlətlər” kimi tanınması üçün prezident Vladimir Putinə müraciət qəbul edib.

Xarici ticarətin ilk ayı

  • 18 Fevral 2022
  • comments

Təyinat sərəncamları

  • 18 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda