• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkil Avropa Məhkəməsindən niyə narazıdır?

  • 17 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Vəkil Elçin Sadıqov Avropa İnsan Hüquqları Məhkəməsindən narazıdır. Novator.az-ın məlumatına görə, o yazır ki, Avropa Məhkəməsi Azərbaycanla bağlı işlərdə ərizəçilərə çox cüzi təzminat və hüquqi xidmət xərcləri müəyyən edir: “Xarici vətəndaşların Azərbaycandan şikayətləri əsasında təyin edilmiş təzminatın həddi normaldır, ölkənin öz vətəndaşları üçün isə çox az məbləğdə ödəniş rəsmiləşir. Belə çıxır ki, Avropa Məhkəməsində Azərbaycanda həyatın çox ucuz olması qənaəti var. Görəsən, bu məhkəmənin hüquqşünasları sonuncu dəfə nə vaxt Azərbaycana baş çəkiblər?

Son vaxtlar Avropa Məhkəməsi Azərbaycanla bağlı bir çox işi heç biz izah vermədən qəbuledilməz sayır. Məsələn, əvvəllər təkzib verilməsi qəbul edilən sayılırdı, son işlərdə məhkəmə başqa cür davranır. Hüquq müdafiəçisi Samir Kazımlının sərhədi keçərkən saxlanıb yoxlanması, bəyannamə verməyə məcbur edilməsi üzrə şikayəti qəbuledilməz elan olunub, hətta Avropa Məhkəməsinə müraciət hüququndan sui-istifadə kimi qiymətləndirilib.

Avropa Məhkəməsi işgəncə işlərində ərizəçilərə Azərbaycan dövlətinin təzminatı qarşılığında şikayətdən imtina təklifi verməsi də qeyd olunmalıdır. Bunu əvvəllər oxşar işlərə baxılması ilə əsaslandırırlar. Bəli, əvvəllər Avropa Məhkəməsi belə işlərə baxıb. Ancaq Azərbaycan hökuməti əvvəlki qərarlardan nəticə çıxarıbmı? Yox. İşgəncələr artan qrafiklə davam edir.

Avropa Məhkəməsi həbs işlərində ərizəçiyə 3000 avro, vəkilə 500 avro təzminat müəyyən edir. Hələ göndərdiyi məlumatda bu kimi işlərdə hüquqi yardıma görə pul verilmədiyini də vurğulayır”.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Rusiyada götür-qoy

  • 17 Fevral 2022
  • comments

Mart ayına karantinsiz…

  • 17 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda