• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukrayna üçün Gürcüstan ssenarisi

  • 11 Fevral 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Fevralın 14-də Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması Ukraynanın cənub-şərqində “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adı altında fəaliyyət göstərən separatçı rejimlərin “müstəqil dövlət” kimi tanınması təklifinə baxacaq.

Novator.az-ın məlumatına görə, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlayıb.

Yanvarın 19-da Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı fraksiyası qondarma respublikaların “suveren, müstəqil dövlətlər” kimi tanınması üçün prezident Vladimir Putinə müraciət edilməsi barədə layihə irəli sürüb.

Vyaçeslav Volodin bildirib ki, həmin layihə ilə bağlı Dövlət Dumasındakı fraksiyalarla aparılan məsləhətləşmələr başa çatıb: “Bu, çox ciddi və məsuliyyətli məsələdir. Söhbət Donetsk və Luqanskda yaşayan vətəndaşlarımızın və soydaşlarımızın həyatının qorunmasından gedir”.

Volodinin sözlərinə görə, fevralın 14-də Dövlət Dumasının deputatları Kommunist Partiyasının irəli sürdüyü layihəni ya müzakirə edib səsverməyə çıxarmaq, ya da rəy verilməsi üçün layihəni Xarici İşlər Nazirliyinə göndərmək barədə qərar qəbul etməlidirlər.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbas bölgəsində iki separatçı rejimin – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.

2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.

Novator.az bildirir ki, Rusiya keçmiş SSRİ məkanında iki qondarma rejimi rəsmən müstəqil dövlətlər sayır. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

ADR-in qeydiyyatı səssizlik içində

  • 11 Fevral 2022
  • comments

Rəsmi: ərzaq 17,1 faiz bahalaşıb

  • 11 Fevral 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda