• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR-in qeydiyyatı səssizlik içində

  • 11 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu açıqlama yayıb.

Novator.az bildirir ki, ADR Partiyası 2021-ci il oktyabrın 17-də internet vasitəsilə keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın sənədləri 2021-ci il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim olunub.

2022-ci il fevralın 11-də açıqlama yayan Qubad İbadoğlu bildirir ki, üç ay əvvəl partiyanın təsis sənədləri və 1500-dən çox imzanın yer aldığı vərəqələr dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə verilib: “İndiyədək cavab yoxdur. “Siyasi partiyalar haqqında” qanunun 14.1-ci maddəsində yazılır ki, partiyanı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı dövlət qeydiyyatına alır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 8.1-ci maddəsinə görə, hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatı 40 gündən gec olmayaraq həyata keçirilməlidir. Həmin qanunun 8.2-ci maddəsində göstərilir ki, dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədləri müvafiq icra hakimiyyəti orqanı qəbul edir və 30 gün müddətində onların konstitusiya və qanunlara uyğunluğu yoxlanır. Yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda bu müddət daha 30 günə qədər artırıla bilər.

Qanunda nəzərdə tutulmuş bütün müddətlər tam başa çatsa da, Ədliyyə Nazirliyi ADR Partiyasına cavab vermir. Əslində qanunla cavab deyil, qeydiyyat şəhadətnaməsi verilməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 8.5-ci maddəsində yazılıb ki, müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir”.

Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 58 siyasi partiyanın dövlət qeydiyyatı var.

Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.

ADR Partiyasının İdarə Heyətində bu şəxslər yer alır: Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı.

Adil Qeybulla, Ədalət Yusub, Əlövsət Talışxanlı, Rüfət Muradlı, Samir Abbaslı partiya sədrinin müavinləri, Ellada Məmmədli İcra Aparatının rəhbəridir.

Ramiz Mehdiyev istefa çağırışlarına münasibət bild...

  • 11 Fevral 2022
  • comments

Ukrayna üçün Gürcüstan ssenarisi

  • 11 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda