• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən Cahangir Hacıyev qərarı

  • 10 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Fevralın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə yeni qərarlar açıqlayıb. Qərarlardan biri məhbus bankir Cahangir Hacıyevin şikayətini əhatə edir. O, şikayətində məhkəməyə qədər əsassız həbs edildiyini, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan azadlıq və toxunulmazlıq hüquqlarına müdaxilənin baş verdiyini bildirib.

Aihmaz.org xəbər verir ki, Avropa Məhkəməsi şikayəti əsaslı sayaraq Azərbaycan dövlətinin Cahangir Hacıyevə 3500 avro təzminat ödəməsinə qərar verib.

2015-ci ilin dekabr ayında həbs olunan Cahangir Hacıyev əvvəlcə 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib.

Qeyd olunub ki, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka 211 milyon manatdan çox ziyan vurublar.

2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə yeni hökm oxuyub, cəza 16 il 6 aya yüksəlib.

İttihama görə, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində müqavilələr bağlanaraq qanunsuz veksel əməliyyatları aparılıb.

Cahangir Hacıyevin göstərişləri əsasında çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsəndiyi bildirilib.

Mənimsəmənin ümumi məbləği 4,7 milyard manat göstərilib.

Başqa bir ittiham dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınma olub.

2020-ci ildə Bakı Apellyasiya Məhkəməsi Cahangir Hacıyevin 16 il 6 aylıq həbs cəzasını 3 ay azaldıb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

ABŞ səfirliyinin “Media haqqında” qanuna münasibət...

  • 10 Fevral 2022
  • comments

10 gündə 67307 yoluxma, 238 ölüm

  • 11 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda