• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Səlimovun işi yeni mərhələdə

  • 08 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sumqayıt Apellyasiya Məhkəməsində məhbus deputat Eldəniz Səlimovun şikayəti üzrə hazırlıq iclası keçirilib. Meydan.tv-nin məlumatına görə, 7 fevral prosesində müdafiə tərəfi apellyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə baxmaq vəsatəti verib. Vəsatət qəbul edilməyib, məhkəmə baxışı fevralın 14-nə təyin olunub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 2021-ci il dekabrın 27-də Eldəniz Səlimova hökm oxuyub. Zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmada təqsirli bilinən deputat 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, deputat 2021-ci il iyulun 29-da Xaçmaz şəhərində, qohumuna məxsus restoranda yerli polis şöbəsinin leytenantı Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlədib, onun sifət və baş nahiyəsinə yumruq və başı ilə xəsarətlər yetirib.

İbtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2015 və 2020-ci illərdə prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi kimi 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisə mandat alıb.

2021-ci il avqustun 2-də Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılıb.

Avqustun 3-də Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verib. Həmin gün deputat Bakıda tutulub, Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Novator.az bildirir ki, apellyasiya instansiyası deputata bəraət verməsə, hökm qanuni qüvvəyə minəcək. Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mandatından məhrum edilir. Mandatdan məhrum edilmə haqqında qərar Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir.

Deputatı nə gözləyir?

Eldəniz Səlimov üzr istəyir və…

Eldəniz Səlimovun toxunulmazlığına xitam verildi

Mandatdan məhrum etmə qaydaları

Deputat həbsə getdi

Deputatın işi məhkəməyə getdi

Deputata hökm oxundu

Neftsiz ixracın yeni göstəriciləri

  • 08 Fevral 2022
  • comments

Xoşbəxtliyin Banqladeş modeli

  • 08 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda