• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu Ermənistan prezidentliyinə namizəddən yazıb

  • 04 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ermənistan prezidentliyinə namizəd Vaahn Xaçaturyandan yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, Vaahn Xaçaturyanı liberal dəyərlərin daşıyıcısı olan bölgə iqtisadçılarının toplantısından tanıyır: “İqtisadi reallığı dəyərləndirən, regional inteqrasiyanın və sağlam rəqabətin verdiyi faydaları dərk edən pozitiv düşüncəli mütəxəssisdir, açıq və demokratik fikirli iqtisadçıdır”.

Vaahn Xaçaturyanın Azərbaycan və Türkiyə ilə sülhə çağırış etdiyini vurğulayan Qubad İbadoğlu yazır ki, o, prezident seçilərsə, bölgədə sülhə, nəqliyyat əlaqələrinin və kommunikasiyaların bərpasına, qarşılıqlı inteqrasiyaya töhfələr verər”.

Ermənistanda dövlət başçısı funksiyalarını yerinə yetirən prezidenti parlament seçir. 2018-ci ildən prezident postunu tutan Armen Sərkisyan yanvarın 23-də istefa verib. Fevralın 1-də parlament sədri Alen Simonyan Armen Sərkisyanın prezident səlahiyyətlərinə xitam verilməsi barədə protokol imzalayıb. Yeni prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərini Alen Simonyan icra edir.

Ermənistan parlamenti 107 deputatdan ibarətdir. Baş nazir Nikol Paşinyanın sədrlik etdiyi hakim Vətəndaş Sazişi Partiyası qanunverici orqanda 71 mandatla təmsil olunur. Bu qurum prezident kürsüsünə yüksək texnologiyalar sənayesi naziri Vaahn Xaçaturyanı namizəd göstərib. Seçki martın əvvəlində keçirilməlidir.

İlk turda seçilmək üçün deputatların dörddə üçünün səsi tələb olunur. İkinci turda namizəd deputatların beşdə üçünün səsini toplamalıdır. Üçüncü turda qələbə üçün sadə səs çoxluğu müəyyən edilib.

Vaahn Xaçaturyan 1959-cu il aprelin 22-də doğulub. Yerevan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası ilə bitirib. 1982-ci ildən “Razdanmaş” İstehsalat Birliyində çalışıb, 1989-cu ildən “Mars” dövlət müəssisəsində baş direktorun müavini postunu tutub.

1992-1996-cı illərdə paytaxt Yerevanın meri, 1996-1998-ci illərdə Ermənistan prezidentinin müşaviri, 1995-1999-cu illərdə parlamentin deputatı olub.

2000-ci ildən vətəndaş cəmiyyəti qurumlarında rəhbər vəzifələrdə işləyib, 2019-2021-ci illərdə bank sistemində fəaliyyət göstərib.

2021-ci il avqustun 4-dən yüksək texnologiyalar sənayesi naziridir.

Ermənistan prezidentindən istefa bəyanatı

Müvəqqəti dövlət başçısı, seçki qaydası

Ermənistan prezidentliyinə kimin adı hallanır?

Ermənistan seçki yolunda

Təhlükəsizlik Şurasının üzvləri

  • 04 Fevral 2022
  • comments

Bilinən tarix

  • 04 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

GLOBALS:0
comments
Xəbər

Ermənistanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

Son materiallar

comments
Xəbər

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

GLOBALS:0
comments
Xəbər

Ermənistanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda