• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bilinən tarix

  • 04 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Müsavat Partiyasının başqanı Arif Hacılı prezident İlham Əliyevin gənclərlə 2 fevral görüşünün bir məqamına münasibət bildirib.

Dövlət başçısı həmin görüşdə 1992-ci ilin mayından 1993-cü ilin iyun ayına kimi hakimiyyətdə olmuş qüvvələri Gəncəni bombalamaqda, Azərbaycan əsgərlərini əsir götürməkdə ittiham edib.

Arif Hacılı Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

Novator.az-ın məlumatına görə, 1993-cü ilin iyun ayında baş vermiş hadisələri xatırladan Arif Hacılı yazır: “Gəncə nəinki bombalanmayıb, hətta bu şəhərdə hökumət qüvvələri bir güllə də atmayıb. Ölkənin baş prokurorunun, milli təhlükəsizlik və daxili işlər nazirləri müavinlərinin, kənd təsərrüfatı nazirinin, çoxsaylı hərbi qulluqçu və dövlət məmurunun girov götürülməsinə, hərbi qulluqçuların qətlə yetirilməsinə silahlı müqavimət göstərilməyib.

Hökumət qüvvələrinə nəinki bomba, hətta güllə atmamaq əmri verildiyini bildikdən sonra qiyamçı qüvvələr Gəncədən çıxıb Azərbaycanın regionlarına və Bakıya doğru hərəkət etdilər.

O dövrün siyasi müxalifəti olan Milli İstiqlal və Yeni Azərbaycan partiyalarının açıq dəstəyi, Elçibəy hökumətinin güc nazirlikləri rəhbərlərinin, ayrı-ayrı yüksək vəzifəli dövlət məmurlarının bəzi hallarda xəyanəti, bəzi hallarda maymaqlığı nəticəsində qanuni hakimiyyəti devirib Heydər Əliyevi hakimiyyətə gətirməyə nail oldular. Bu həqiqətləri Azərbaycan xalqı çox yaxşı bilir”.

Azərbaycanda milli demokratik qüvvələr 1992-ci il mayın 18-də hakimiyyətə gəlib, iyunun 7-də Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy prezident seçilib.

1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırıb. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələnib. İyunun 15-də deputat Heydər Əliyev parlament sədri seçilib. İyunun 24-də Milli Məclis Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərar çıxarıb, prezident səlahiyyətləri Heydər Əliyevə keçib, Surət Hüseynov baş nazir təyin olunub. Avqustun 29-da keçirilən referendumda Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi rəsmiləşib. Oktyabrın 3-də Heydər Əliyev prezident seçilib.

Məsuliyyət məsələsi

Qubad İbadoğlu Ermənistan prezidentliyinə namizədd...

  • 04 Fevral 2022
  • comments

Azərbaycan sosial inkişaf reytinqində

  • 04 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda