Azərbaycan 2021-ci ildə 2,7 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Gömrük Komitəsi bildirir ki, əsas ünvanlar siyahısına 877,7 milyon dollarla Rusiya başçılıq edir. Türkiyə 675,8 milyon dollarla ikinci, İsveçrə 224,1 milyon dollarla üçüncüdür.
Gürcüstana 157,4 milyon, ABŞ-a 74,8 milyon, Braziliyaya 72 milyon, Ukraynaya 54,7 milyon, İtaliyaya 52,8 milyon, Qazaxıstana 39,7 milyon, Niderlanda 39,3 milyon, İrana 34,2 milyon, Çinə 33,9 milyon, Belçikaya 33,1 milyon dollar dəyərində qeyri-neft ixracı rəsmiləşib.
Digər ölkələrin payı 343,2 milyon dollar göstərilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, 2021-ci ildə qeyri-neft sektoru üzrə ixrac 2020-ci illə müqayisədə 47,2% artıb: “İxrac malları siyahısında pambıq mahlıcı (208 milyon dollar) birinci olub, qızıl (202,5 milyon dollar) ikinci, pomidor (160,2 milyon dollar) üçüncü yerdə qərarlaşıb”.