Kəlbəcərin Alagöllər sahəsində çovğunda itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun meyiti tapılıb. Rəsmi xəbər yanvarın 31-də yayılıb.
Onunla birlikdə çovğuna düşən kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgərlər Hüseynov Maşallah Rövşən oğlu və Kərimov Yasin Yavər oğlu yanvarın 29-u səhər saatlarında xilas ediliblər. Müdafiə Nazirliyinin 31 yanvar məlumatına görə, hər üç hərbçi Bakıya gətirilərək hərbi hospitala yerləşdirilib. Onların səhhətində həyati təhlükə olmadığı bildirilir.