Mərkəzi Bankın İdarə Heyəti yanvarın 28-də uçot dərəcəsini 7,25 faizdən 7,5 faizə yüksəldib.
Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir.
7,25 faiz dərəcəsi 2021-ci il dekabrın 17-dən qüvvədə idi.
Novator.az bildirir ki, 2022-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi üzrə daha 7 qərarı gözlənir. Tarixlər belə sıralanır: 18 mart, 29 aprel, 17 iyun, 29 iyul, 16 sentyabr, 28 oktyabr, 16 dekabr.
2008-ci il yola 13 faizlik, 2009-cu il 8 faizlik, 2010-cu il 2 faizlik, 2011-ci il 3 faizlik uçot dərəcəsi ilə çıxıb.
Sonrakı illərin ilkin faiz dərəcəsi belə olub:
2012-ci il – 5,25 faiz
2013-cü il – 5 faiz
2014-cü il – 4,75 faiz
2015-ci il – 3,5 faiz
2016-cı il – 3 faiz
2017 və 2018-ci illər – 15 faiz
2019-cu il – 9,75 faiz
2020-ci il – 7,5 faiz
2021-ci il – 6,25 faiz.