• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlamenti necə böyütmək?

  • 27 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Azərbaycan parlamenti – Milli Məclis 125 deputatdan ibarətdir. 1995 və 2000-ci illərdə Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələrdən), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) seçilib. 2005-ci ildən başlayaraq tam majoritar sistem tətbiq olunur, 125 deputatın hamısı dairələrdən mandat alır.

Novator.az-ın məlumatına görə, müxalif Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov parlamenti böyütmək təklifləri ilə bağlı şərh yayıb: “Hakimiyyət yönlü media quruluşlarının birində Milli Məclisin say tərkibinin 201 nəfərə qədər artırılması mövzusu açılıb. 8-12 milyonluq əhalisi olan Avropa ölkələrinin parlamentlərinin ortalama say tərkibi 200 nəfərdir. Düzdür, İsrailin 120 nəfərlik kiçik parlamenti mənə daha məntiqli say tərkibli kimi görünür. Amma 200 nəfərlik “Avropa norması”na istinad edənlərin cavabını vermək çətindir deyə razılaşa bilərəm, qoy Azərbaycanda da Milli Məclis 201 nəfərdən ibarət olsun.

Bununla belə, parlamenti mexaniki böyütmək faydasız olar. Deputatları gərək işlədəsən. İşlətmək üçün isə onların səlahiyyəti artırılmalıdır. Parlamentin səlahiyyəti artacaqsa, deməli, prezidentin səlahiyyətləri azaldılmalıdır. Yeni səlahiyyətlərin icad edilməsi ictimai-siyasi həyatın həddən artıq tənzimləmək cəhdi anlamına gələr. İfrata varan tənzimləmə adətən bütün tənzimatın pozulmasına aparır – bu, ictimai elmlərin qanunlarından biridir.

201 deputat deyənlər həm də proporsional seçki deyir. Təbiidir. Avropadakı parlamentlərin də mütləq əksəriyyəti ya proporsional, ya da qarışıq üsulla seçilir.

Yeni Azərbaycan Partiyası hakimiyyətində proporsional seçkiyə meyilin güclənməsi ayrıca maraq doğurur. Bir tərəfdən seçki saxtakarlığı problemini həll etmək istəyirlər, beynəlxalq tənqidlərlə çox xal və imkan itirirlər. Amma Məclisdə görmək istədikləri adamların böyük əksəriyyəti dairə udacaq qədər nüfuz sahibi deyil. Ona görə proporsional siyahı tərtib edərək kampaniyanı 5-6 tanınmış nüfuzlu şəxs üzərində qurmaq istəyirlər. Bu etiraflarına da etirazım yoxdur”.

Hazırda Milli Məclisin 120 üzvü var. Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ölkə parlamentində 70 nəfərlə təmsil olunur. Vətəndaş Həmrəyliyi Partiyası 3, Respublikaçı Alternativ, Demokratik İslahatlar, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ana Vətən, Milli Cəbhə, Vəhdət, Vətəndaş Birliyi, Demokratik Maarifçilik partiyaları 1 mandata sahibdir, 38 deputat partiyasızdır.

İtaliya 505 həddinə çatdı

  • 27 Yanvar 2022
  • comments

Artımı artım yeyir

  • 27 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda