• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müvəqqəti dövlət başçısı, seçki qaydası

  • 24 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistanda prezident səlahiyyətləri parlament sədri Alen Simonyana keçir. O, yeni prezident seçilənə qədər dövlətə başçılıq edəcək.

Novator.az bildirir ki, Alen Simonyan 1980-ci ildə doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Milli Elmlər Akademiyasında siyasi elmlər üzrə magistr dərəcəsi alıb.

Məhkəmə sistemində, bank sektorunda çalışıb, sahibkar kimi fəaliyyət göstərib, jurnalistika ilə məşğul olub, Yerevan Şəhər Şurasında təmsil edilib.

Hakim Vətəndaş Sazişi Partiyasının üzvü olan Alen Simonyan 2019-2021-ci illərdə parlament sədrinin müavini postunu tutub, 2021-ci il avqustun 2-dən parlament sədridir.

Ermənistanda prezident kürsüsü Armen Sərkisyan yanvarın 23-də istefa verəndən boşdur. O, səlahiyyətlərinin az, daxili və xarici siyasətdə rolunun yox dərəcəsində olduğunu bəyan edərək istefa verib.

1953-cü il təvəllüdlü Armen Sərkisyan 2018-ci il martın 2-si parlamentdə prezident seçilmiş, aprelin 9-da, Ermənistan parlament idarə üsuluna keçən gün and içərək səlahiyyətlərinin icrasına başlamışdı.

Dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir. Eyni şəxs bir dəfə prezident seçilə bilər. Namizəd 40 yaşına çatmış olmalıdır.

Ermənistan Konstitusiyasına görə, prezident seçkisi maksimum 35 gün ərzində keçirilməlidir. Namizədlik üçün parlament deputatlarının azı dörddə birinin dəstəyi gərəkdir. İlk turda seçilmək üçün deputatların dörddə üçünün səsi tələb olunur. İkinci turda namizəd deputatların beşdə üçünün səsini toplamalıdır. Üçüncü turda qələbə üçün sadə səs çoxluğu müəyyən edilib.

Ermənistan parlamenti 107 deputatdan ibarədir. Hakim Vətəndaş Sazişi Partiyası qanunverici orqanda 71 mandatla təmsil olunur.

Avropa meydanlarında

  • 24 Yanvar 2022
  • comments

“Dünyada demokratiyalarla avtokratiyalar arasında ...

  • 24 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda