• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənova hökm oxundu

  • 21 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutur.

Azadliq.org-un məlumatına görə, hökmdən əvvəl son sözlə çıxış edən Eldar Həsənov ittihamların əsassız olduğunu deyərək bəraət istəyib. O deyib ki, bir məmurun uzun illərdir davam edən düşmənçiliyinin nəticəsində qondarma ittihamlarla həbsdədir: “Mənim siyasi iddiada olmağım, müxalifətlə iş birliyi qurmağım barədə əsassız iddialar irəli sürüblər. Bunu özümə qarşı böyük mənəvi-psixoloji zərbə hesab edirəm. Özümlə yanaşı qardaşlarım, qohumlarım təqib olunur, əmlaklarımızın üzərinə qanunsuz həbs qoyulub”.

Eldar Həsənov həmçinin deyib ki, bəzi müsahibələrində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu tənqid etməsi, 1992-ci ilin Xocalı faciəsində rus qoşunlarının iştirakı haqda səsləndirdiyi fikirlər müəyyən şəxslərin xoşuna gəlməyib.

Onun sözlərinə görə, 2019-cu ilin fevralında Serbiyadan Ermənistana silah satışı haqda məlumatı rəsmi şəkildə Xarici İşlər Nazirliyinə təqdim edib: “Bunu faktlarla sübut etmişəm. Serbiya bunu təkzib etsə də, yenidən faktı Xarici İşlər Nazirliyinə təqdim etdim. Görünür, bu hərəkətim kimlərinsə xoşuna gəlməyib və prezidentə başqa cür təqdim ediblər”.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun məhkəməsi 2021-ci il sentyabrın 3-dən gedirdi.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənovun ibtidai istintaqını Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Ona 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb.

Eldar Həsənovun hüquqlarını dörd vəkil qoruyur: Cavad Cavadov, Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev.

Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olmuş Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Eldar Həsənov həbsi barədə nə deyir?

Eldar Həsənovun bir istəyi təmin olundu

Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi

Eldar Həsənovun səhhəti yaxşı deyil

Eldar Həsənovun gündəliyindən

“Mənim düşmənim yoxdur, ermənidən başqa”

Eldar Həsənovu buraxmadılar

Eldar Həsənov qərarı dəyişirmi?

Eldar Həsənov – 65

Ziyalıların prezidentə müraciəti

Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”

Gənclərin prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun vəkili nələr deyir?

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib

Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib

Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb

Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb

Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?

Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır

Eldar Həsənovun işi yeni mərhələdə

“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)

Eldar Həsənov Hərbi Hospitala köçürüldü

Eldar Həsənov reabilitasiya kursu keçir

Eldar Həsənov təcridxanaya qaytarılıb

Eldar Həsənovun vəkillərinin müraciəti

Eldar Həsənov yenə hospitaldadır

Müayinə və müalicə davam edir

Eldar Həsənovun səhhəti daha da ağırlaşıb

Həbsin bir ili

Eldar Həsənovun işi məhkəməyə getdi

Eldar Həsənovun ittiham olunduğu maddələr

Eldar Həsənovun açıqlaması

Eldar Həsənovun məhkəməsi təyin olunub

Eldar Həsənovun vəkili yeni açıqlama yayıb

Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi

Eldar Həsənovun məhkəməsində

Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır

Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər

Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”

Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb

Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”

Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi

“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”

Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi

Avropa Məhkəməsindən Eldar Həsənov sualları

Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”

Eldar Həsənov yenə hospitala köçürülüb

Eldar Həsənov təcridxanaya qaytarılıb

Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir

Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”

108 yaşlı qadından Eldar Həsənov müraciəti

Eldar Həsənov qızına nə tapşırıb?

Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb

“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”

Eldar Həsənovun uduşu

Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”

Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib

Eldar Həsənovun işi: bir iclasın özü və əks-sədası

Eldar Həsənovun istəyi

“Bu qədər qərəz, bu qədər qisas olarmı?”

Yenə köhnə “yox”

Eldar Həsənov: hansı vəsatətlər qırağa qoyuldu?

Sabiq nazir müavini Eldar Həsənovun məhkəməsində nələr dedi?

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Avropa Məhkəməsinin Eldar Həsənov qərarı icra olunmur

Eldar Həsənov: məhkəmə istintaqı başa çatdı

Eldar Həsənovun məhkəməsi gələn ilə qaldı

Eldar Həsənovun vəkilləri prezidentə müraciət etdilər

“Atamın alnı açıq, üzü ağdır”

Eldar Həsənova cəza təklifi

Eldar Həsənovun vəkili müqayisə aparır

Eldar Həsənov: son söz hazırlığı başlandı

Gedən 16,3 faiz, gələn 0,5 azalıb

  • 21 Yanvar 2022
  • comments

Bayden: “Burada Putinin anlaya bilməyəcəyi heç nə ...

  • 21 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda