Dövlət Statistika Komitəsi Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 2021-ci il dekabrın 1-nə 724,1 manat göstərib. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaş baxımından belə sıralanıb:
mədən sənayesi – 3086,2 manat;
maliyyə və sığorta fəaliyyəti – 1937,6 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1189,6 manat;
informasiya və rabitə – 1151,2 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 960,9 manat;
nəqliyyat və anbar təsərrüfatı – 925,2 manat;
tikinti – 881,8 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 766,7 manat;
emal sənayesi – 679,3 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 665,9 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 581,9 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 554,7 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 548,4 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 534 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 530 manat;
təhsil – 523,4 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 450,7 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 428,1 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 743,6 manat.