Rəsmi hesabata görə, 2021-ci ildə 34,6 milyon ton xam neft hasil olunub. Novator.az əvvəlki illərin göstəricilərinə də nəzər salıb.
2008-ci ildə 44,5 milyon ton neft çıxarılıb.
2009-cu ildə hasilat 50,4 milyon tona, 2010-cu ildə 50,8 milyon tona yüksəlib.
2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton hasilat rəsmiləşib.
2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton neft hasil edilib.
Energetika Nazirliyinin 19 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 90,56 dollara satılır.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” ilə 82,49 dollarla başlayıb.
Hazırda ölkənin gündəlik hasilat üzrə kvotası 661 min barreldir. Beynəlxalq razılaşma fevral ayından gündəlik hasilatı 668 min barrelə çatdırmaq imkanı verir.