• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pyotr Poroşenko: ya həbs, ya da…

  • 18 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ukraynanın sabiq prezidenti, parlamentin deputatı Pyotr Poroşenko həbsin bir addımlığındadır. Novator.az-ın məlumatına görə, yanvarın 17-si axşam paytaxt Kiyevin Peçerski Rayon Məhkəməsində sabiq prezident barədə həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılıb. Prokurorun vəsatəti azadlıqda qalacağı təqdirdə Pyotr Poroşenkonun pasportunu təhvil verməsini, yaşayış yerini tərk etməmək öhdəliyi götürməsini, 1 milyard qrivna (60 milyon manat) girov qoymasını nəzərdə tutur.

Yekun qərarın yanvarın 19-na təyin olunan növbəti iclasda çıxarılması gözlənir.

Dövlət Təhqiqatlar Bürosu və Ukrayna Təhlükəsizlik Xidməti sabiq prezidenti və bir qrup başqa şəxsi işğal altında olan Donbas bölgəsindən kömür alınmasında şübhəli bilir. Cinayət işi terrorçuluğun maliyyələşdirilməsi, dövlətə xəyanət, terror təşkilatının fəaliyyətinə yardım ittihamları üzrə aparılır.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

Pyotr Poroşenko 2014-cü il iyunun 7-dən 2019-cu il mayın 20-dək Ukrayna prezidenti olub. 2019-cu il mayın 31-dən Avropa Həmrəyliyi Partiyasının sədridir. Bu partiya ölkə parlamentində 27 deputatla təmsil olunur.

1965-ci il təvəllüdlü Pyotr Poroşenko Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.

“Ukrprominvest” konserninin baş direktoru, Ukrayna Milli Bankı Şurasının sədr müavini, sədri olub.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, xarici işlər naziri, iqtisadi inkişaf və ticarət nazir postlarını tutub.

1998, 2002, 2006, 2012 və 2019-cu illərin parlament seçkilərində deputat mandatı alıb.

Azadlığın qırmızı rəngi…

  • 18 Yanvar 2022
  • comments

90 dollar həndəvəri

  • 18 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda