• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bahalığın kökündə

  • 17 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Rövşən Ağayev Azərbaycan bazarında ətin bahalaşmasını şərh edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, ölkədə fermerlərin mənafeyini qoruyan normal assosiasiya və birliklər olsa, onlar bahalaşmanı əsaslandırardı: “Amma heyf ki, yoxdur. Ölkənin ərzaq təhlükəsizliyinin əsas ağırlığını daşıyan fermerlərin qədir-qiyməti bilinən ölkədə bunu hökumət də edir. Amma bizdə yox.

Söhbət süd-ət-yem paritetinin müntəzəm hesablanması, bu paritetin süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmasından gedir.

Beynəlxalq təcrübədə südün optimal qiyməti süd-yem paritetinin 1:1,5 həddinə əsaslanır. Yəni fermer satdığı 1 litr südlə 1,5 kiloqram yağlı yem ala bilməlidir. Hazırda Azərbaycanın süd zavodları 1 litr südü kəndlidən maksimum 45 qəpiyə alır. Bu halda gərək 1 kiloqram kalorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir? Təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının 1 kiloqramı minimum 60 qəpik, xüsusi tərkibli kalorili yemin 1 kiloqramı 80 qəpikdir. Yəni 1 kiloqram yemin qiyməti orta hesabla 70 qəpiyə çıxır, fermer satdığı südün qiymətinə 0,6 kiloqram yem ala bilir.

Eyni paritet ətə münasibətdə də mövcuddur – 1 kiloqram ətin qiyməti 20 kiloqram kalorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər. Hazırda 1 kiloqram qoyun ətinin müqabilində 15 kiloqram, 1 kiloqram mal əti müqabilində 12 kiloqram kalorili yem almaq mümkündür.

Ölkədə yem bahadır. Qiyməti salmağın yolları barədə ciddi düşünmək lazımdır. Yeri gəlmişkən, soyanın kəskin bahalanması quş istehsalçıları üçün ciddi problemlər yaradır”.

Ziyarət çağırışı

  • 17 Yanvar 2022
  • comments

Maaş qərarları

  • 17 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Raketlərin qaranlıqda atılmasının səbəbi – “Yerusəlim Post”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda