• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əliyevə azadlıq tələbləri

  • 14 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Siyasi partiya liderləri Vətəndaş və İnkişaf Partiyasinın sədri Əli Əliyevin həbsini pisləyib. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Əli Əliyev xüsusi sifarişlə, böyük ehtimalla hərbi əmrlə qaldırılmış iddia əsasında həbs edilib: “Əli Əliyevin həbsi söz azadlığına qarşı amansız mübarizənin, tənqidə dözümsüzlüyün, qanuna və hüquqa hörmətsizliyin daha bir nümunəsidir.

Bu həbs qanunsuz və ədalətsiz olmaqla yanaşı həm də çox kobud səhvdir. Yol verilmiş səhvi düzəltməyin, qanunsuzluğu durdurmağın yollarından biri də Əli Əliyevin apellyasiya instansiyasında azadlığa buraxmasıdır. Əli Əliyevə azadlıq!”

AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli qeyd edir ki, Əli Əliyevin həbsi siyasi motivlidir: “Məhkəmə onu hərbçilərə böhtan atıb bəhanəsi ilə 5 ay müddətinə azadlıqdan məhrum edib. Aydındır ki, “hərbçilərə böhtan atmaq” söhbəti sadəcə bəhanədir. Milyardların talan edildiyi, işgəncə ilə adam öldürənlərin məsuliyyətdən kənarda qaldığı ölkədə sözə görə partiya sədrini həbs etmək absurddur. Əli Əliyevə və bütün siyasi məhbuslara azadlıq tələb edirik”.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, məhkəmə Əli Əliyevə Prezident Administrasiyasından gələn təlimat əsasında hökm çıxarıb: “Bu həbs Azərbaycanda məhkəmələrin sifarişli hökmlər çıxarmasını, Əliyev hakimiyyətinin azad sözə və fikrə dözümsüz yanaşmasını bir daha nümayiş etdirdi. Siyasi partiya liderinin, alimin, həkimin, pedaqoqun və ziyalının saxta ittihamla həbsini həm beynəlxalq və həm də yerli ictimaiyyət qınamalıdır. Əli Əliyev dürüst və cəsarətli çıxışlarına görə sivil cəmiyyətdən kənarlaşdırılıb”.

Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdən iki şikayətdən birinə baxışı yanvarın 13-də yekunlaşdırıb, ona 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm polkovnik-leytenant Emil Cəfərovun şikayəti əsasında çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Emil Cəfərov və Ramin Ədilov Yasamal Rayon Məhkəməsinə eyni motivli şikayətlərində siyasətçinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyiblər. Həmin maddəyə görə, böhtan – yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

2021-ci il noyabrın 30-da Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yüngül xəsarətlər alıblar. Vətəndaş və İnkişaf Partiyasının Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar.

Yasamal Rayon Məhkəməsinin 13 yanvar hökmünə münasibət bildirən media hüquqçusu Ələsgər Məmmədli yazır ki, Əli Əliyevin sözə görə həbsi ifadə azadlığının ağır şəkildə pozulmasıdır: “İfadə azadlığını yox sayaraq siyasi partiya liderini həbsə göndərmək Avropa Şurası üzvü olan ölkəyə yaraşmır. Qondarma ittiham Əli Əliyevin üzərindən dərhal götürülməli, onun azadlığı təmin edilməlidir”.

Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

1967-ci il təvəllüdlü Əli Əliyev Azərbaycan Tibb Universitetinin məzunudur, həmin təhsil ocağında dərs deyir, biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.

İşğalçı rejimdən pensiya məlumatı

  • 14 Yanvar 2022
  • comments

Bahalıq vergisi

  • 14 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetXəbər

Partiyalar ələnir

GLOBALS:0
comments
Xəbər

Son dövrə yolunda

GLOBALS:0
comments
ManşetXəbər

Qazaxıstan Məclisində qüvvələr nisbəti

GLOBALS:0
comments
ManşetXəbər

Ümumi təhsil müəssisələri müstəqillik güzgüsündə

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Partiyalar ələnir

Son materiallar

comments
ManşetXəbər

Partiyalar ələnir

GLOBALS:0
comments
Xəbər

Son dövrə yolunda

GLOBALS:0
comments
ManşetXəbər

Qazaxıstan Məclisində qüvvələr nisbəti

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda