![]({"full":{"0":"2020\/01\/Manat.jpg","1":752,"2":308,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2020\/01\/Manat.jpg"}})
İqtisadiyyat Nazirliyinin hesabatına görə, Əmlak Məsələləri Dövlət Xidməti 2021-ci ildə 59 hərrac keçirib, hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 35 kiçik dövlət müəssisəsi, 4 yarımçıq tikili və 249 nəqliyyat vasitəsi özəlləşdirilib.
İl ərzində özəlləşdirmədən dövlət büdcəsinə 112,7 milyon manat gəldiyi bildirilir. Bu, 2020-ci ilin göstəricisindən 83,2% çoxdur.