• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dollar neçə manatadır?

  • 13 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Rövşən Ağayev manatın alıcılıq qabiliyyəti pariteti (AQP) üzrə məzənnəsindən yazıb. Novator.az-ın məlumatına görə, ekspert bildirir ki, AQP üzrə məzənnə müqayisə aparılan iki ölkədəki mal və xidmət səbətinin dəyəri əsasında müəyyən edilir: “Məsələn, bizdə 100 manatlıq əmtəə-xidmət səbətinin tam eyni tərkiblisini ABŞ-da 200 dollara almaq olursa, deməli, 1 dollar qarşısında real məzənnə 0,5 manatdır.

Dünya Bankının məlumatına görə, 2020-ci ildə Azərbaycanda AQP ilə adambaşına 14,5 min dollar ümumi daxili məhsul (ÜDM) düşüb. Milli valyuta ifadəsində bu göstərici 7,2 min manatdır. ÜDM-in tərkibinə daxil olan bütün əmtəə-xidmətləri bir səbət kimi qəbul etsək, nominal məzənnəsi 1,7 manat müəyyən edilən 1 dolların real məzənnəsi 0,5 manatdır. Bu bazada hesablanan AQP-ni əsas götürsək, Azərbaycandakı 300 manat ABŞ-da 600 dollar alıcılıq qabiliyyətinə bərabərdir.

Lakin ÜDM əsasında hesablanan AQP makroiqtisadi analizlər üçün yararlı olsa da, əhalinin sosial vəziyyətinə və istehlak qiymətlərinin səviyyəsinə münasibətdə tətbiq edilə bilməz. Çünki ÜDM-in tərkibindəki əmtəə-xidmətlərin əhəmiyyətli hissəsi istehlak yox, istehsal təyinatlıdır. Məsələn, xammal və materiallar, avadanlıqlar ev təsərrüfatlarının istehlakına getmir. Ona görə də sırf əhali baxımından AQP hesablamaq üçün ən vacib 300-400 adda əmtəə və xidmət səbətinin dəyəri əsas götürülməlidir”.

2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Manatın sabitliyi Mərkəzi Bankın Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərraclarında qorunur. Novator.az bildirir ki, fond 2016-cı ilin hərraclarında 4,9 milyard, 2017-ci ilin hərraclarında 3,6 milyard, 2018-ci ilin hərraclarında 6,5 milyard, 2019-cu ilin hərraclarında 6,6 milyard, 2020-ci ilin hərraclarında 7,3 milyard, 2021-ci ilin hərraclarında 6,7 milyard ABŞ dolları məbləğində vəsait satıb.

Pensiyaçılara 100 manat tələsi

  • 13 Yanvar 2022
  • comments

“Xızı-Abşeron”un təməli qoyulub

  • 13 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda