• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğal zonasında səfər statistikası

  • 12 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejim səfər statistikası yayıb. Novator.az bildirir ki, iddiaya görə, 2021-ci ildə bölgəyə 4391 xarici vətəndaş səfər edib, bu, 2020-ci illə müqayisədə 45,6% çox, 2019-cu illə müqayisədə 89,5% azdır.

1923-cü ildə Azərbaycanda Muxtar Dağlıq Qarabağ Vilayəti yaradılıb. 1936-cı ildə vilayətin rəsmi adı yenilənib: Dağlıq Qarabağ Muxtar Vilayəti.

1988-ci ildə Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət vilayətdə bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, açıq təcavüz başlayıb.

1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, bunun ardınca müharibə alovlanıb, Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib, Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert rayonu Ağdərə rayonu, Martuni rayonu Xocavənd rayonu adlandırılıb, Xocalı rayonu yaradılıb, Əsgəran rayonu onun tərkibinə, Hadrut rayonu Xocavənd rayonunun tərkibinə verilib.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.

1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Azərbaycanın bütün cənub-qərbi ermənilərin əlinə keçib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi işğal zonasında qalıb.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Media qanunu: imza üçün nə qədər vaxt var?

  • 12 Yanvar 2022
  • comments

Prezidentin yerli televiziya kanallarına müsahibəs...

  • 12 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Bölgə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda