• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mustafanın 50 yaşı

  • 10 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Jurnalist, siyasətçi Mustafa Hacıbəylinin 50 yaşı tamam olub. 1972-ci il yanvarın 8-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Mustafa Hacıbəyli indiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Polşada jurnalistika sahəsi üzrə təhsil alıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəridir.

Mustafa Hacıbəyli Birinci Qarabağ müharibəsinin veteranıdır. Dəfələrlə həbs olunub. 2019-cu il fevralın 21-də 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrumetmə cəzası alıb.

Novator.az-ın məlumatına görə, Mustafa Hacıbəylinin qardaşı, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, 1988-ci ildə Azərbaycanda xalq hərəkatı başlayanda Mustafanın 16 yaşı olub: “Zaqatalada o dövrün bütün siyasi proseslərində, mitinqlərdə, təşkilat quruculuğu işlərində, Qarabağa yardım kampaniyalarında fəal iştirak edirdi.

1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi yarananda bu təşkilata üzv olmaq üçün başqa yeniyetmələrlə yanıma gəldi. 18 yaşları bitmədiyi üçün bu mümkün deyildi. Onlara gənclər təşkilatı yaratmağı məsləhət gördüm. O zaman AXC də hələ gənclər təşkilatı strukturu yox idi.

Çox qısa müddətdə AXC-nin rayon şöbəsinin ciddi fəaliyyət göstərən gənclər təşkilatı yarandı.

1992-ci ildə bu təşkilatın əksər üzvləri könüllü olaraq Qarabağa getdilər. Ramiz Qəmbərovun batalyonuna qoşularaq Şuşanın müdafiəsində iştirak etdilər. Şuşaya erməni basqını günü – 8 may 1992-ci ildə ən ön mövqedə döyüşdülər. Çoxları şəhid oldu. Ağır yaralı Mustafa və başqa yaralılar son anda cəbhə xəttindən çıxarılıb xəstəxanaya çatdırıldı.

Mustafa Hacıbəyli 1992-ci ildə Müsavat Partiyasının bərpasına start verilən ilk günlərdən indiyə kimi təşkilatın güclənməsi, təsir imkanlarının artması naminə çalışır. Təqiblərə, məhrumiyyətlərə, həbslərə baxmayaraq azad Azərbaycan uğrunda mübarizəsini həm bir siyasətçi, həm də jurnalist kimi davam etdirir.

Populizmdən, şəxsi piar kampaniyalarını təşkil etməkdən uzaq olan Mustafa həm döyüşçü, həm siyasətçi, həm jurnalist, nəhayət, vətəndaş kimi nümunə göstəriləcək bir ömür yaşayan şəxsiyyətdir.

Mustafa bütün ömrünü layiqli insan kimi yaşamağı bacaran, qəhrəmanlıq göstərmək zamanı gələndə isə heç vaxt belə fürsəti qaçırmayan kişilərdəndir”.

Azərbaycanda Qazaxıstan bəyanatı

  • 10 Yanvar 2022
  • comments

Azərbaycan beynəlxalq sosial müdafiə hesabatında

  • 10 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda