• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənovun vəkili müqayisə aparır

  • 07 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Dövlət xadimi Eldar Həsənovun vəkili Valeh Mehralıyev yanvarın 7-də Novator.az saytına açıqlama verib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində həmin gün keçirilmiş prosesdə dövlət ittihamçısının Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası istəməsinə belə münasibət bildirib: “Hamıya məlumdur ki, Eldar Həsənov Xarici İşlər Nazirliyinin bir neçə məmuruna qaldırılmış cinayət işi üzrə araşdırmalar zəminində həbs edilib, sonra onun işi başqa icraata ayrılıb. Xarici İşlər Nazirliyinin məmurları olmuş şəxslər həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə ev dustağı olublar, sonda da şərti cəzaya məhkum ediliblər. Eldar Həsənova isə 11 il azadlıqdan məhrumetmə cəzası verilməsi təklif olunur. İbtidai istintaq dövründə vəkillərin təkcə qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı irəli sürdükləri 27 vəsatətin rədd olunması da bir ayrı göstəricidir”.

Eldar Həsənovun hüquqlarını daha üç vəkil qoruyur: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev.

Novator.az-a 7 yanvar açıqlamasında Valeh Mehralıyev həmçinin qeyd edib ki, dövlət ittihamçısı cəza təklifi çıxışında müdafiə tərəfinin öz müdafiəsini ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qurduğunu deyib: “Deyəsən, dövlət ittihamçısı unudub ki, bizim istər istintaq, istərsə də məhkəmə dövründə təqdim etdiyimiz bütün sübutlar, verdiyimiz bütün vəsatətlər rədd edilib. Belə olan halda biz müdafiəmizi nəyin əsasında qurmalıyıq?!”

Bakı Ağır Cinayətlər Məhkəməsindəki 7 yanvar iclasında dövlət ittihamçısı Eldar Həsənovun 3 il müddətinə vəzifə tutma hüququndan məhrum edilməsini və əmlaklarının müsadirəsini də istəyib.

Proses vəkillərin müdafiə çıxışı ilə davam etməlidir.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

Baş Prokurorluğun İstintaq İdarəsi 2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb. Eldar Həsənov ittihamları rədd edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov 2021-ci il sentyabrın 3-dən mühakimə olunur. Prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olmuş Eldar Həsənov hüquq elmləri doktoru, professordur.

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Eldar Həsənov həbsi barədə nə deyir?

Eldar Həsənovun bir istəyi təmin olundu

Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi

Eldar Həsənovun səhhəti yaxşı deyil

Eldar Həsənovun gündəliyindən

“Mənim düşmənim yoxdur, ermənidən başqa”

Eldar Həsənovu buraxmadılar

Eldar Həsənov qərarı dəyişirmi?

Eldar Həsənov – 65

Ziyalıların prezidentə müraciəti

Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”

Gənclərin prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun vəkili nələr deyir?

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib

Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib

Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb

Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb

Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?

Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır

Eldar Həsənovun işi yeni mərhələdə

“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)

Eldar Həsənov Hərbi Hospitala köçürüldü

Eldar Həsənov reabilitasiya kursu keçir

Eldar Həsənov təcridxanaya qaytarılıb

Eldar Həsənovun vəkillərinin müraciəti

Eldar Həsənov yenə hospitaldadır

Müayinə və müalicə davam edir

Eldar Həsənovun səhhəti daha da ağırlaşıb

Həbsin bir ili

Eldar Həsənovun işi məhkəməyə getdi

Eldar Həsənovun ittiham olunduğu maddələr

Eldar Həsənovun açıqlaması

Eldar Həsənovun məhkəməsi təyin olunub

Eldar Həsənovun vəkili yeni açıqlama yayıb

Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi

Eldar Həsənovun məhkəməsində

Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır

Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər

Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”

Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb

Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”

Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi

“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”

Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi

Avropa Məhkəməsindən Eldar Həsənov sualları

Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”

Eldar Həsənov yenə hospitala köçürülüb

Eldar Həsənov təcridxanaya qaytarılıb

Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir

Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”

108 yaşlı qadından Eldar Həsənov müraciəti

Eldar Həsənov qızına nə tapşırıb?

Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb

“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”

Eldar Həsənovun uduşu

Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”

Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib

Eldar Həsənovun işi: bir iclasın özü və əks-sədası

Eldar Həsənovun istəyi

“Bu qədər qərəz, bu qədər qisas olarmı?”

Yenə köhnə “yox”

Eldar Həsənov: hansı vəsatətlər qırağa qoyuldu?

Sabiq nazir müavini Eldar Həsənovun məhkəməsində nələr dedi?

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Avropa Məhkəməsinin Eldar Həsənov qərarı icra olunmur

Eldar Həsənov: məhkəmə istintaqı başa çatdı

Eldar Həsənovun məhkəməsi gələn ilə qaldı

Eldar Həsənovun vəkilləri prezidentə müraciət etdilər

“Atamın alnı açıq, üzü ağdır”

Eldar Həsənova cəza təklifi

Qazaxıstanda Putin doktrinası – “Bloomberg”

  • 07 Yanvar 2022
  • comments

KTMT Qazaxıstana nə qədər qüvvə göndərib?

  • 07 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda