Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənovun mühakiməsini başa çatdırmaq üzrədir. Novator.az-ın məlumatına görə, yanvarın 7-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib. Digər təklifdə Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi yer alır.
Eldar Həsənova məxsus olduğu bildirilən bəzi əmlakların (Bakının Nardaran qəsəbəsindəki bağ evi və torpaq sahəsi, Nəsimi rayonundakı mənzil, Yasamal rayonundakı mənzil, Nərimanov rayonundakı mağaza, Xətai rayonundakı fərdi yaşayış evi, Abşeron rayonunun Novxanı qəsəbəsindəki torpaq sahəsi, Monteneqrodakı mənzil) müsadirəsi də istənib.
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
Baş Prokurorluğun İstintaq İdarəsi 2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb. Eldar Həsənov ittihamları rədd edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov 2021-ci il sentyabrın 3-dən mühakimə olunur. Məhkəmə sədrinin müavini Əfqan Hacıyevin apardığı prosesdə Eldar Həsənovun hüquqlarını dörd vəkil qoruyur: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev.
Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olmuş Eldar Həsənov hüquq elmləri doktoru, professordur.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi
Avropa Məhkəməsindən Eldar Həsənov sualları
Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”
Eldar Həsənov yenə hospitala köçürülüb
Eldar Həsənov təcridxanaya qaytarılıb
Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir
Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”
108 yaşlı qadından Eldar Həsənov müraciəti
Eldar Həsənov qızına nə tapşırıb?
Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb
“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”
Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”
Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib
Eldar Həsənovun işi: bir iclasın özü və əks-sədası
“Bu qədər qərəz, bu qədər qisas olarmı?”
Eldar Həsənov: hansı vəsatətlər qırağa qoyuldu?
Sabiq nazir müavini Eldar Həsənovun məhkəməsində nələr dedi?
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Avropa Məhkəməsinin Eldar Həsənov qərarı icra olunmur
Eldar Həsənov: məhkəmə istintaqı başa çatdı
Eldar Həsənovun məhkəməsi gələn ilə qaldı