• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qazaxıstan üsyanı Nazarbayevi aşırır

  • 05 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Yanvarın 5-də axşam Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev ölkənin bütün ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqinə fərman verib. Qərar ölkənin müxtəlif bölgələrində kütləvi iğtişaşlarla müşayiət olunan aksiyalar üzündən qəbul edilib.

Kütləvi etiraz aksiyaları yanvarın 1-də maye qazın ikiqat bahalaşması fonunda Manqistau vilayətində başlayaraq ölkəni bürüyüb, hökumət qüvvələri ilə toqquşmalara gətirib. Prezident Qasım-Comərd Tokayev yanvarın 5-i səhər baş naziri və hökuməti istefaya göndərib, əvvəl Almatı və Manqistau vilayətlərində, ardınca paytaxt Nur-Sultanda fövqəladə vəziyyət elan olunub. Həmin gün aksiyaçılar Almatı şəhərində icra hakimiyyətinin binasına, şəhər prokurorluğuna, hakim Nur Otan Partiyasının yerli təşkilatının ofisinə hücum çəkərək yanğınlar törədiblər. Ölkənin başqa bölgələrində də analoji hadisələr qeydə alınıb, ölənlər və yaralananlar var.

Aksiyalarda siyasi şüarlar da səslənir, o cümlədən ölkənin birinci prezidenti Nursultan Nazarbayevin idarəçilikdən tam çəkilməsi tələb olunur. Birinci prezidentin Taldıkorqan şəhərindəki heykəli aşırdılıb.

Yanvarın 5-i axşam xalqa müraciət edən prezident Qasım-Comərd Tokayev Təhlükəsizlik Şurasına sədrliyə başladığını deyib. Bu, Nursultan Nazarbayevin bir postu itirməsi anlamına gəlir.

Novator.az bildirir ki, 1940-cı il təvəllüdlü Nursultan Nazarbayev 1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – respublika rəhbəri seçilib, 1990-cı ilin fevralından eyni zamanda Qazaxıstan Ali Sovetinin sədri postunu tutub.

1990-cı il aprelin 24-də parlamentdə prezident seçilib. Nursultan Nazarbayev 1991-ci ildə müstəqil dövlət elan olunan Qazaxıstanda 5 ümumxalq səsverməsini udaraq prezident kürsüsünü qoruyub.

2019-cu il martın 20-də dövlət başçısı postundan öz istəyi ilə ayrılan Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri, Konstitusiya Şurasının üzvü vəzifələrini əlində saxlayıb.

Nursultan Nazarbayev hakimiyyətdən gedən gün – 2019-cu il martın 20-də parlamentin yuxarı palatasının sədri Qasım-Comərd Tokayev Qazaxıstanın ikinci prezidenti elan edilib. Həmin il iyunun 9-da keçirilən prezident seçkisi Qasım-Comərd Tokayevin qələbəsi ilə başa çatıb.

Qazaxıstan hökuməti istefaya göndərildi

Sultanla üzülüşmək?

Qazaxıstan alovlanır

Yoluxma və itki

  • 05 Yanvar 2022
  • comments

Qazaxıstana qoşun yeridilir

  • 06 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda