Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev yanvarın 5-də Almatı və Manqistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Novator.az bildirir ki, rejimin yanvarın 19-dək qüvvədə olacağı açıqlanıb.
Yanvarın 1-də maye qazın litrinin qiymətinin 60 təngədən 120 təngəyə qaldırılması ölkədə böyük narazılığa və etiraz aksiyalarına gətirib. Bəzi bölgələrdə hökumət qüvvələri ilə toqquşmalar yaranıb, həbslər aparılıb.
Qasım-Comərd Tokayev yanvarın 5-də baş nazir Əsgər Mamini və hökuməti istefaya göndərib. Baş nazir səlahiyyətlərinin icrası Əlixan Smailova həvalə olunub. 1972-ci il təvəllüdlü Əlixan Smailov 2019-cu ildən baş nazirin birinci müavini-maliyyə naziri postunu tutur.