Eldar Həsənovun məhkəməsi təyin olunub
Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənovun işi üzrə hazırlıq iclasını avqustun 27-nə təyin edib. Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. Novator.az bildirir ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan 1957-ci il təvəllüdlü Əfqan Hacıyev Bakı Ağır C...
Əlillik: qanunlar zərfi imzalanıb
Prezident İlham Əliyev əlilliyin müəyyən olunması üzrə qanun layihələrini imzalayıb. Novator.az bildirir ki, yeni meyarlarla I dərəcə orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə orqanizmin funksiyalarının 31-60 faiz itiril...
İş yeri hesabatı
Dövlət Statistika Komitəsi 2021-ci il avqustun 1-nə iqtisadi fəal əhalinin 4 milyon 947,7 min nəfərini məşğul əhali kimi göstərib. Hesabata görə, iyulun 1-ni muzdlu işçilərin sayı 1 milyon 690,6 min nəfər olub, neft-qaz sektorunda 32 min nəfər, qeyri neft-qaz sektorunda 1 milyon 658,6 min nəfər çalı...
Orta maaş statistikası
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il iyulun 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 724,4 manat olub. Neft-qaz sektorunda orta maaş 3230,7 manat, qeyri neft-qaz sektorunda 673,1 manat, dövlət müəssisələrində 639,5 manat, özəl müəssisələrdə 827 manat göstə...
Pensiya, müavinət, təqaüd
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min nəfər pensiyaçı qeydiyyatda olub. Aylıq pensiyanın orta məbləği 328,8 manat göstərilir. İyulun 1-nə 109,2 min nəfər yaşa görə müavinət alıb, əlilliyi olan 18 yaşın...
Demoqrafik vəziyyət
2021-ci il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 139 min 196 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun aylarında 56063 doğum, 37047 ölüm qeydə alınıb. Yarım ildə 23231 nikahın, 8168 boşanmanın, daimi yaşamaq üçün Azərba...
Artım və azalmalar
Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb, heyvandarlıqda 2,6 faiz, bitkiçilikdə 8,5 faiz yüksəliş qeydə alınıb. Nəqliyyat sektorun...
Azərbaycandan neft alan ölkələrin siyahısı
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 7,5 milyard dollarlıq neft ixrac edib. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin yeddi aylıq hesabatında Azərbaycandan xam neft və xam neft məhsulları alan ölkələr statistik dəyər baxımından belə sıralanır: İtaliya İspaniya Xorvatiya İsrail Hindi...
Şikayət verilib
AXCP üzvü Aqil Hümmətovun həbsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Avqustun 17-də Novator.az-a danışan vəkil Nemət Kərimli belə deyib. Avqustun 11-i Bakıda tutulan Aqil Hümmətovun Zirə qəsəbəsində vətəndaş Yamən Məmmədova bıçaqla xəsarət yetirdiyi açıqlanıb. Xəzər Rayon Polis İdarəsi ...
Oqtay Gülalıyev evə buraxılıb
Hüquq müdafiəçisi Oqtay Gülalıyev avqustun 16-da Bakıdakı “EGE Hospital”dan evə buraxılıb. Report.az-ın məlumatına görə, hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev özünün “Facebook” səhifəsində yazır ki, atasının durumu müsbətə doğru irəliləyir, müalicə ev şəraitində davam etdirilir. Oqtay Gülalıyevin ...
Eldar Həsənovun açıqlaması
Vəkil Cavad Cavadov özünün “Facebook” səhifəsində məhbus dövlət xadimi Eldar Həsənovun açıqlamasını yayıb. 2020-ci il avqustun 13-ü Bakıda tutulan Eldar Həsənova Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Pro...
Eldar Həsənovun ittiham olunduğu maddələr
Novator.az dövlət xadimi Eldar Həsənova verilmiş ittihamlara nəzər salıb. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq Eldar Həsənova Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 308.2, 308-1.1 və 313-cü maddələri ilə ittiham irəli sürüb. 179.3.2-ci maddəyə görə...
“Harada lazım bilsək, orada da duracağıq”
Prezident İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına 16 avqust səfərinin detalları yayılıb. Ömər aşırımından keçib Kəlbəcərə gedən İlham Əliyevlə Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağda inşa olunacaq 11,6 kilometrlik tuneli...
Kəlbəcər və Laçında
Avqustun 16-da prezident İlham Əliyev birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə Kəlbəcər və Laçın rayonlarına baş çəkib. AZƏRTAC xəbər verir ki, səfər zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağda inşa olunacaq tunelin təməli qoyulub, İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər...
Narkotik cinayətləri 42,7 faiz artıb
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qeydə alınmış 14928 cinayətin 4145-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 42,7 faiz çoxdur. Yarım ildə narkotik vasitə...
Avropa İttifaqına ixrac statistikası
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ixracının 54,7 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb, Kiprə ixrac olmayıb, İtaliya 4,3 milyard dollarla ilk sırada durub. İspaniyaya ixrac 514,4 milyon dollar, Xorvatiyaya 497,4 milyon dollar, Portuqa...
Eldar Həsənovun işi məhkəməyə getdi
Dövlət xadimi Eldar Həsənovun işi üzrə istintaq tamamlanıb. Baş Prokurorluğun avqustun 16-da yaydığı rəsmi məlumata görə, İstintaq İdarəsi Eldar Həsənova mənimsəmə və ya israf etmə; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma; vəzifə səlahiyyətlərindən sui-istifad...
Yaxın ölkələrlə alış-veriş
Novator.az yaxın ölkələrlə rəsmi ticarət statistikasına nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 539,6 milyon dollarlıq məhsul ixrac olunub. Rusiyaya 486,5 milyon, Gürcüstana 427,8 milyon, Ukraynaya 210,3 milyon, Bel...
Neftsiz ixracın əsas ünvanları
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 354,2 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az əsas ünvanların siyahısını diqqətə çatdırır: Rusiya – 467,8 milyon dollar Türkiyə – 359,3 milyon dollar İsveçrə – 129,5 milyon dollar Gü...
Əsas tərəfdaşlar, dövriyyə göstəriciləri
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi bu ölkə ilə yeddi aylıq ticarət dövriyyəsini 4,6 milyard dollar göstərir. Qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanır: Türkiyə – 2,5 milyard dollar R...