Laçında gərginlik
Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, noyabrın 9-u günorta Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşib: “Erməni tərəfi meta...
Yoluxma, ölüm, peyvənd
Noyabrın 10-da yayılan rəsmi hesabatda Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 552322 nəfər, xəstəlikdən vəfat edənlərin ümumi sayı 7342 nəfər göstərilib. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il f...
Klassikanı diri saxlamaq
“Nizami Gəncəvi ili”nin aktuallaşdırdığı məsələlərdən biri Fəxri Uğurlu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Böyük ingilis ədibi Şelli deyirdi: “Şairlər dünyanın tanınmamış qanunvericiləridir”. Yəni çağdaş dünyanın proqressiv qanunları, beynəlxalq normaları, b...
Saleh Rüstəmovdan quru aclıq anonsu
Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus Saleh Rüstəmov aclıq aksiyasını davam etdirir. Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Saleh Rüstəmov aksiyaya noyabrın 6-da başlayıb, noyabrın 8-də onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü bəyan olunub. Noyabrın 10...
Sabiq baş katib: “Putin Rusiyanın NATO-ya üzv olmasını istəyirdi”
1999-2004-cü illərdə NATO-nun baş katibi olmuş Corc Robertson bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin onunla ilk görüşdə ölkəsinin alyansa üzv olmaq istədiyini deyib. Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla bildirir ki, Corc Robertsonla Vladimir Putinin ilk görü...
Büdcədə övlad
İqtisadçı Samir Əliyev yaxın ölkələrin uşaq pulu göstəricilərinə nəzər yetirib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2022-ci ilin fevralından Rusiyada doğuş müavinətinin məbləği artırılaraq 19981 rubla (280 dollar) çatacaq: “İlk uşağa qulluğa görə müavinətin minimum həddini 7493 rubla (1...
İran işgəncə epidemiyasından əziyyət çəkir – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “İran işgəncə epidemiyasından əziyyət çəkir” başlıqlı məqalə dərc ounub. Məqalənin müəllifləri Nazənin Boniadi və Anyes Kalamardır. Nazənin Boniadi aktrisa, aktivist və “Amnesty İnternational” təşkilatının Böyük Britaniyada elçisidir. Anyes Kalamar “Amnesty İnternat...
Sosial sığorta qaydasını dəyişməli
Azərbaycanda fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri minimum əməkhaqqının məbləğinə bağlıdır. Sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödəniş qüvvədədir. Bakı şəhərində 25 faiz miqdarının 100 fa...
İşləyənə maaş, işsizə ödəniş proqnozları
ADR Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu 2022-ci ilin büdcə zərfinin bəzi göstəricilərinə nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır: “İşsizlikdən sığorta fondunun büdcə layihəsinə Hesablama Palatasının rəyindən bəlli olur ki, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda iş...
Neft sektorunun büdcədə payı necə dəyişib?
2022-ci ilin dövlət büdcəsi layihəsində gəlirlərin 54,8 faizi (14 milyard 690 milyon manatı) neft sektorunun payına düşür. Dövlət Neft Fondundan büdcəyə 12 milyard 710 milyon manat köçürmə, vergi orqanlarının xətti ilə neft sektorundan 1 milyard 980 milyon manat daxilolma gözlənir. Novator.az bildir...
Büdcə zərfində nələr var?
Maliyyə Nazirliyi 2022-ci ilin büdcə zərfinin layihələrini açıqlayıb. Novator.az bildirir ki, dövlət büdcəsi layihəsində 26 milyard 816 milyon manat gəlir, 29 milyard 879 milyon manat xərc nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində gəlirlər və xərclər 5 milyard 306,7 milyon ma...
Saakaşvili müalicə müəssisəsinə köçürülüb
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili noyabrın 8-də Rustavi şəhərindəki həbsxanadan Xüsusi Penitensiar Xidmətin paytaxt Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Qərar məhbus siyasətçinin səhhətinin pisləşməsi ilə əsaslandırılıb. Tbilisidə, hökumət binasının qarşısında toplaşan...
Prezidentin Şuşa nitqi: “Yumruğumuz yerindədir”
8 Noyabr – Zəfər Günü prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib. AZƏRTAC-a istinadla çıxışın mətnini təqdim edirik: – Əziz hərbçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü müna...
Yaşıl meydanlarda
Avropanın aparıcı milli futbol çempionatlarında qısa fasilə yaranıb. Novator.az bildirir ki, İngiltərə çempionatında “Çelsi” 26 xalla öndədir. “Mançester Siti” və “Vest Hem”in 23, “Liverpul”un 22, “Arsenal”ın 20, “Mançester Yunayted” və “Brayton”un 17 xalı var. İspaniya çempionatında “Real Sosyedad”...
Şuşa yolu, Şuşa
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışına qatılıblar, oradan Şuşaya gediblər. AZƏRTAC xəbər verir ki, onlar Daşaltı kəndində məscidin, şəhərdə Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təm...
Gürcüstan bir ildə necə bahalaşıb?
Gürcüstanın illik inflyasiya rəqəmləri açıqlanıb. Novator.az bildirir ki, Milli Statistika Xidmətinin hesabatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artıb. Ərzaq məhsulları və spirtsiz içkilər üzrə illik inflyasiya 18,4% göstərili...
“Financial Times”: Rusiyanın dezinformasiyası öz xalqını yanıltdı
Böyük Britaniyanın “Financial Times” qəzetində “Rusiyanın vaksin dezinformasiyası öz xalqını yanıltdı” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Rusiyada koronavirus infeksiyasından ölüm sayının rekord həddə çatması prezident Vladimir Puti...
Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb
Noyabrın 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət xadimi Eldar Həsənovun işi üzrə keçirilən məhkəmə prosesi cəmi 15 dəqiqə çəkib. Novator.az-ın məlumatına görə, Eldar Həsənovun səhhəti ağırlaşdığından prosesi davam etdirmək mümkün olmayıb. Məhbus dövlət xadimi məhkəmə zalından xərəkdə çıxarılara...
Yoluxma və itki hesabatı
Noyabrın 5-də yayılan milli hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 542150 nəfərə çatıb, onların 7208-i xəstəlikdən vəfat edib. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən...
İctimai fəalların işi Ali Məhkəmədə
Noyabrın 19-da Ali Məhkəmənin Plenumu ictimai fəallar Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işi üzrə qərar verməlidir. Xəbəri Meydan.tv Zaur Qurbanlıya istinadla yayıb. Novator.az xatırladır ki, 2020-ci il martın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla bağl...