• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə-Ermənistan yaxınlaşması Azərbaycana əl verirmi?

  • 30 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in Şərh

Türkiyə və Ermənistan münasibətlər qurmaq üçün danışıqlara hazırlaşır, hər iki tərəfdən rəsmi nümayəndələr təyin olunub. Novator.az-ın məlumatına görə, analitik, AXCP funksioneri Fuad Qəhrəmanlı yazır ki, Rusiya mane ola bilməsə, Türkiyə ilə kommunikasiya əlaqələrinin və iqtisadi münasibətlərin qurulması Ermənistan cəmiyyətindəki antitürk ovqatını, deməli, həm də müharibə aqressiyasını zəiflədəcək: “Öz həyat şərtlərini təmin etmək istəyən sadə ermənilərin Türkiyə ilə əlaqələri ənənəvi stereotipləri zəiflədib müharibə təbliğatı aparanların sosial bazasını daraldacaq. Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “savaşmaq yerinə əməkdaşlıq” siyasətinin dəstəklənməsi Rusiyanın hərbi intriqalarının önlənməsi baxımından çox önəmlidir, birmənalı şəkildə Azərbaycanın da maraqlarına uyğundur.

Kasıb erməni əhalisinin dolanışıq üçün Türkiyəyə üz tutması halında Ermənistanda xalqın dəstəyini almaq istəyən siyasi qüvvələr mütləq bu faktı nəzərə almalı olacaqlar. Bu yolla da Türkiyə ilə münasibətlərin qorunması xalqın istəyi, tələbi olaraq Ermənistan siyasətində bir faktora çevriləcək. Bu da Azərbaycanın maraqlarına tam uyğundur və Qarabağ müzakirələrində Türkiyə Ermənistana daha səmərəli təzyiq etmək imkanı qazanacaq.

Türkiyənin Cənubi Qafqaza nüfuz etməsi prosesi ilk növbədə region ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsinə bağlıdır. Ermənistanla qurulacaq əlaqələr regionda geosiyasi güc tarazlığını Rusiyanın əleyhinə dəyişmək üçün vacibdir. Türkiyə Ermənistanla həmsərhəddir, onun investisiya imkanları və iqtisadi əməkdaşlıq şərtləri daha uyğundur. Müharibə siyasətindən uzaqlaşma siyasi kursunun davam edəcəyi təqdirdə Rusiya Ermənistanı Türkiyəyə uduzmağa məhkumdur. Nəzərə alsaq ki, Paşinyan hakimiyyəti hər vəchlə Rusiyadan uzaqlaşıb Qərbə inteqrasiya etməyə çalışır, onda strateji baxımdan Türkiyənin Ermənistanla əlaqələrinin yaranması ilk növbədə Azərbaycanın maraqlarına uyğundur”.

Pensiyaçılara yardım təklifi

  • 30 Dekabr 2021
  • comments

Saakaşvili həbs yerinə qaytarılıb

  • 30 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiyanın uşaq oğurlaması: yeni araşdırma

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın Avropa umacağı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiyanın uşaq oğurlaması: yeni araşdırma

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda